Niyə dövlət bağçalarının hamısında xarici dil öyrədilmir? - AÇIQLAMA

Niyə dövlət bağçalarının hamısında xarici dil öyrədilmir? - AÇIQLAMA"İlk növbədə qeyd edim ki, erkən yaş dövrü insan həyatında dil bacarıqlarının formalaşması üçün ən uyğun mərhələ hesab olunsa da, hazırda dövlət bağçalarının əksəriyyətində xarici dil tədris olunmur. Bu məhdudiyyət bir tərəfdən təhsil siyasətində prioritetlərin müəyyən olunması ilə, digər tərəfdən isə sistemin struktur və resurs çatışmazlıqları ilə bağlıdır. 2023-cü ilin məlumatına görə, Azərbaycanda 1 690 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və onlarda 120 mindən çox uşaq tərbiyə alır. Bu müəssisələrin yalnız cüzi bir hissəsində əlavə proqramlar, o cümlədən xarici dil dərsləri tətbiq edilir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov danışıb.

O, açıqlamasında qeyd edib ki, dövlət bağçalarında xarici dilin tədris olunmamasının əsas səbəblərindən biri kadr çatışmazlığıdır:

"Xarici dil müəllimlərinin məktəbəqədər mərhələdə işləməsi üçün xüsusi pedaqoji və metodiki hazırlıq tələb olunur. Hazırda Azərbaycanda bu istiqamətdə mütəxəssis hazırlığı çox məhduddur və mövcud müəllim bazası əsasən ümumi təhsil pilləsində işləməyə yönəlib. Bu səbəbdən dövlət bağçalarında bu sahədə müvafiq kadrlarla təminat problemi qalmaqdadır.

Maliyyə imkanları da əsas maneələrdəndir. Özəl bağçalar valideyn ödənişləri hesabına əlavə müəllimlər, proqramlar və resurslar cəlb edə bilirlər. Dövlət bağçalarının isə mərkəzləşdirilmiş büdcə sistemində bu cür təşəbbüslər üçün əlavə resurs ayırmaq imkanları çox məhduddur. Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrinin maliyyə müstəqilliyinin artırılması istiqamətində konkret mexanizmlər formalaşdırılmadığı müddətdə bu istiqamətdə irəliləyiş qeyri-mümkündür.

Bu məhdudiyyətlərə baxmayaraq, erkən yaşda xarici dil öyrənməsinin faydaları danılmazdır. Beynəlxalq təcrübədə bu sahədə aparılan elmi araşdırmalar göstərir ki, 2-6 yaş arası dövr beyində dil öyrənməyə məsul neyron əlaqələrin formalaşması baxımından optimal zamandır. Bu dövrdə uşaq dilləri daha asan qavrayır və danışıq bacarıqları təbii şəkildə inkişaf edir. Bundan başqa, erkən yaşda öyrənilən xarici dil sonrakı təhsil pillələrində daha yüksək nəticələrlə müşayiət olunur. Kanada və İsveçrə kimi çoxdilli təhsil sistemi olan ölkələrdə məktəbəqədər mərhələdən başlayaraq paralel dillərin tədrisi uğurlu nəticələr verib".

Ekspert onu da vurğulayıb ki, nəzərə alınmalı əsas məsələ odur ki, məktəbəqədər təhsil artıq təkcə uşağı məktəbə hazırlamaq deyil, onun şəxsiyyətini formalaşdırmaq və gələcək biliklərə hazırlamaq mərhələsi kimi qəbul olunur:

"Bu mərhələdə xarici dillə tanışlıq, oyunlar vasitəsilə lüğət bazasının qurulması, sadə ünsiyyət formalarının öyrədilməsi həm dil bacarıqlarını, həm də beynəlxalq rəqabətliliyi artırır. Bu səbəbdən məktəbəqədər təhsildə kurikulumun yenidən baxılması, xarici dilin mərhələli şəkildə rəsmi komponentə çevrilməsi, ilk mərhələdə isə pilot layihələr vasitəsilə tətbiqinə başlanması məqsədəuyğundur.

Nə dəyişəcək sualının cavabı ondan ibarət olacaq ki, məktəbəqədər mərhələdən başlayan xarici dil tədrisi uşaqlarda dil qavrayışını, qlobal düşünmə tərzini və ünsiyyət bacarıqlarını inkişaf etdirəcək. Bu, gələcəkdə orta və ali təhsildə uğurlar üçün möhkəm təməl olacaq. Eyni zamanda, təhsildə bərabər imkanların təmininə dəstək verəcək, yalnız varlı ailələrin övladları deyil, hər bir uşaq bu imkandan faydalana biləcək.

Nə dəyişməlidir sualına cavab isə sistemli yanaşmanı tələb edir. Məktəbəqədər təhsil kurikulumu yenilənməli, kadr hazırlığı təkmilləşdirilməli, maliyyələşmə mexanizmləri dəyişdirilməli, ictimaiyyətin və valideynlərin gözləntiləri nəzərə alınmalıdır. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində birgə bağçalar yaradılmalı, innovativ pedaqoji yanaşmalar tətbiq edilməli və uzunmüddətli strateji baxış formalaşdırılmalıdır. Yalnız bu halda məktəbəqədər təhsil ölkənin gələcəyini formalaşdıracaq güclü baza funksiyasını tam yerinə yetirə bilər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2076   Tarix: 09 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr