Dövlət rəhbərimizin dünyaya verdiyi hər bir mesaj, söylədiyi hər fikir xalqımızın milli maraqlarına hesablanıb

Dövlət rəhbərimizin dünyaya verdiyi hər bir mesaj, söylədiyi hər fikir xalqımızın milli maraqlarına hesablanıbDünya siyasətinin təhlili və araşdırmaları ilə məşğul olan beyin mərkəzləri cəmiyyətlərə innovativ ideyalar təqdim edir, informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda fəaliyyət göstərirlər. Əsasən siyasətçilərin elmi araşdırma ilə məşğul olduğu bu mərkəzlərin əsas funksiyaları ictimai əhəmiyyət kəsb edən məsələlərdə qərarvericilərə tövsiyələr hazırlamaq və geniş sosial müzakirə mövzularını təhlil etməkdir.
Dünya siyasətinin qaynar, önəmli məkanı olan Cənubi Qafqazda son illərdə bu cür mərkəzlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər sayca artdığı kimi, fəaliyyət istiqamətləri baxımından da diqqəti cəlb edir. Azərbaycanda fəaliyyət göstərən, beş əsas istiqamət üzrə araşdırmalar aparan beyin mərkəzləri və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və araşdırmalar, texniki-elmi təhlillər, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı yaranan "data"ların obyektiv təhlili ölkəmizə diqqəti artırıb.
Hər hansı bir ölkənin daxili və xarici siyasətində, vətəndaş cəmiyyətində iqtisadi siyasəti təhlil edən tədqiqat mərkəzləri daha önəmli rola malikdirlər. Beyin mərkəzlərində dünyanın aparıcı alimləri və mütəxəssisləri çalışırlar, həlli vacib məsələlər üzrə siyasi sənədlər hazırlayırlar.
Ölkəmizdə beyin mərkəzlərinin iştirakı ilə beynəlxalq forumların, konfransların təşkili ənənə halını alıb. Aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq Forumun keçirilməsi dünya ictimaiyyətinin diqqətini yenidən dialoq məkanı olan Azərbaycana yönəldib. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu mötəbər toplantıda 44 ölkədən 80-dən çox ekspert və beyin mərkəzlərinin nümayəndələri iştirakı ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev 7-ci ADA Siyasi Forumunda iştirak edərək geniş çıxış edib. Azərbaycan Prezidentinin forumdakı çıxışında dünyada baş verən hadisələrə, xüsusilə Azərbaycan - Ermənistan münasibətlərinə, bəzi dövlətlərin, ermənilərə havadarlıq edən siyasi dairələrin məkrli əməllərinə geniş yer verilməsi təbii olmaqla bərabər, dövlətimizin başçısının hadisələrə real baxımdan qiymət verməsi, münasibətlətin sağlamlaşdırılmasına, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə, bəşəri dəyərlərə sadiqlikdən, ciddi problemlərə beynəlxalq aləmin laqeydliyindən doğan narahatçılıqdan irəli gəlir.
Beynəlxalq forumdakı çıxışında ölkəmizin başçısı vurğulayıb ki, bütün şansların olmasına baxmayaraq Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Buna görə də Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətləri nümunə ola bilər. Enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq və digər sahələrdə əldə edilən uğurlar hər iki dövlətə iqtisadi səmərə gətirib. Eyni zamanda Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi.
Bu gün Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, da öz növbəsində Ermənistanın səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər.
Xüsusi olaraq qeyd edilib ki, Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. Dövlətimizin başçısı deyib: "Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm".
Bu gün Azərbaycanın Ermənistandan əsas gözləntisi ölkəmizin ərazi bütövlüyü ilə bağlı ölkəmizin ərazi bütövlüyünün təsdiqi, Ermənistan Konstitusiyasında olan iddiaların ləğv edilməsidir. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq.
Prezident İlham Əliyev ADA Universitetindəki çıxışı zamanı bildirib ki, "Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik". Bu yaxınlarda bununla bağlı təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.
Beləliklə qeyd etmək olar ki, dövlət rəhbərimizin dünyaya verdiyi hər bir mesaj, söylədiyi hər fikir xalqımızın milli maraqlarına hesablanıb və vətandaşlarımızın istəklərini ifadə edir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 933   Tarix: 09 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr