"İran və Ermənistanın Azərbaycana yönəlik siyasəti tam çılpaqlığı ilə bəllidir" - DEPUTAT
Ermənistan və İranın xüsusi təyinatlı bölmələri birgə təlimlərə başlayıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, İran və Ermənistan xüsusi təyinatlı qüvvələrinin birgə hərbi təlimlərə başlamasında qeyri-adi heç nə yoxdur:
"Mən burada təəccüblü bir şey görmürəm. Onlar strateji müttəfiqdirlər. Qlobal və regional siyasətə baxışları 100% üst-üstə düşür. Xüsusilə, hər iki dövlətin Azərbaycana yönəlik siyasəti tam çılpaqlığı ilə bəllidir. Burada diqqət çəkən əsas məqam ondadır ki, hazırki Ermənistan hakimiyyəti, sırf qərbyönümlü siyasət aparır. ABŞ-ı bu ölkədə hərbi-siyasi mövcudluğunu genişləndirməkdir. Ermənistan-İran sərhədində müasir dinləmə qurğuları yerləşdirilir. ABŞ-nın İrana qarşı son ultimatumları, İran ətrafında mühasirə halqaları yaratdığını nəzərə aldıqda vəziyyət tam aydınlaşır. Əgər, bu hərəkətləri Ermənistan yox, Azərbaycan etmiş olsaydı, heç şübhəsiz cənub qonşularımız bütün təbliğat maşını ilə, 30 il ərzində hazırladığı agentura şəbəkəsi ilə, ölkəmizi düşmən elan etmişdi. Molla rejiminin əsil riyakarlığı bundadır. Sülhdən, gecə-gündüz hər kəs danışa bilər. Hərənin sülhə baxışları fərqlidir. Əsas, əməldir və dövlətlərin beynəlxalq hüquqa münasibətidir. Ermənistanla İran mənfi beynəlxalq imicə, reputasiyaya malik ölkələrdir. Hər ikisi terroru dəstəkləyən, işğalçı, digər ölkələrin daxili işlərinə müdaxilə edən dövlət kimi tanınır. Əfsuslar olsun ki, tale bizə belə qonşular bəxş edib. Bizə düşən, tarixdən düzgün nəticə çıxarıb, istənilən ekstremal vəziyyətə hazır olmaqdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Paytaxtın iki böyük bağı birləşdirildi
Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI