Tovuzda zəhərlənən məktəblilərin son VƏZİYYƏTİ
"Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində zəhərlənən şagirdlər evə buraxılıblar".
Sonxeber.az xəbər verir ki, bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən məktəblilər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
*11:58
TƏBİB Tovuzda zəhərlənən məktəblilərin son durumunu açıqlayıb.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.04.2025-cü il tarixində saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər ( məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
*11:09
Tovuzda zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şagirdlərin adları məlum olub.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Qərb bürosunun məlumatına görə, bunlar 2011-ci il təvəllüdlü S.Eyyubova, 2012-ci il təvəllüdlü A.Məmmədəliyeva, 2011-ci il təvəllüdlü M.Həsənova, 2012-ci il təvəllüdlü B.Ələkbərzadə və 2012-ci il təvəllüdlü L.Quliyevadır.
Onların sobadan çıxan tüstüdən zəhərləndikləri ehtimal edilir.
*10:38
Tovuzda zəhərlənmə hadisəsi baş verib.
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 5 şagirid zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, məktəblər dəm qazından zəhərləniblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Paytaxtın iki böyük bağı birləşdirildi
Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI