Azərbaycanlı məmur orduya qəbul olunmadı
Ukrayna Dövlət Fiskal Xidmətinin sabiq rəisi azərbaycanlı Roman Nəsirovun xidmətə başlamasından 3 gün sonra onun Silahlı Qüvvələrə səfərbər olunması ilə bağlı sərəncam ləğv edilib.
Lent.az xəbər verir ki, keçmiş məmur özünü sosial şəbəkə hesabında buna münasibət bildirib.
"Mən xidmət etmək istəyi və hazırlığı göstərdim, müəyyən şəraitdə əvvəllər bunu edə bilməzdim. Müharibə təəssüf ki, davam edir. Mən xidmət etməyə və faydalı olmağa, heç olmasa 3 ildir xidmət edən oğlanlara kömək etməyə, yaxud onları əvəz etməyə hazıram. Xidmət etməmiş hər kəsə eyni şeyi etməyi məsləhət görürəm. Mən öz qərarım və istəyimlə cəbhədə, eləcə də Kiyevdə tapşırıqları yerinə yetirən nizami hərbi hissəyə - istehkamçı vəzifəsində əsgər kimi xidmətə getdim".
Nəsirovun sözlərinə görə, müavinətlərin olmasına baxmayaraq, könüllü olaraq orduya gedib - üç uşaq atasıdır və xərçəng xəstəsidir.
O əlavə edib ki, briqada Kiyevdə yerləşsə də, cəbhənin şərq istiqamətində tapşırıqları yerinə yetirir.
"Mən mediadan əmrin ləğv olunduğunu öyrənənə qədər 3 gün xidmət göstərə bildim. Qəribə bir presedentlə üzləşdiyimizi birinci deyən deyiləm: ölkədə ciddi problemi, vəziyyəti və diaqnozu olan minlərlə səfərbər edilmiş vətəndaş var. Lakin onların səfərbərliyi ilə bağlı sərəncamlar ləğv olunmur, çünki buna icazə verilmir. Amma fikrimcə, bəzən bu mümkündür və ona görə ki, kimsə bunu kimisə sıxışdırmaq üçün istəyib, – paylaşımda deyilir.
Nəsirov ona qarşı qaldırılan məhkəmə işlərinə də münasibət bildirib, onları siyasi motivli adlandırıb. O, korrupsiya ittihamlarını rədd edib və təqsirinin sübuta yetirilmədiyini vurğulayıb.
Qeyd edək ki, Roman Nəsirovun könüllü döyüşlərə qatılmaq istəməsi barədə xəbər vermişdik.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Paytaxtın iki böyük bağı birləşdirildi
Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI