Ankarada "Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı" KEÇİRİLDİ – FOTO

Ankarada "Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı" KEÇİRİLDİ – FOTOTürkiyənin paytaxtı Ankara şəhərində Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir "EkoAvrasya" Vəqfinin, "İpək Yolu" İctimai Diplomatiya Təşkilatının və Türk Dünyası Qeyri-Hökumət Əməkdaşlıq Dərnəyi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Türkiyə parlamentinin üzvləri – hakim Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Kürşad Zorlu, Şamil Ayrım, Filiz Kılıç, Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı, Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsel Baran, Türkiyə Daxili İşlər Nazirliyi Sivil Toplumla Əlaqələr Baş İdarəsinin Xarici Əlaqələr Dairəsinin rəhbəri Fahrettin Kaya, TÜRKSOY baş katibinin müavini Sayot Yusuf, Dünya Ahıska Türkləri Birliyinin baş katibi Fuad Uçar, "EkoAvrasya" Vəqfinin sədri Hikmət Ərən, "İpək Yolu" İctimai Diplomatiya Təşkilatının sədri Seyfullah Türksoy, Türk İnternet Media Birliyinin sədri Süleyman Basa, Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, Türk Dünyası Vətəndaş Cəmiyyəti İş Birliyi Dərnəyinin sədri Kamal Kurnaz, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər, "Kanal Avropa" televiziyasının sahibi Ali Paşa Akbaş, ATİB İdarə Heyətinin üzvü Nigar Ələsgərova və başqalarının qatıldığı tədbirdə dörd panel müzakirəsi təşkil olunub.

Bundan başqa, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın göndərdiyi məktub tədbir iştirakçılarına oxunulub.

Konfransın açılışında çıxış edən Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsel Baranın fikrincə isə hökumətlərarası əməkdaşlıqlar qədər xalqlar arasında həmrəylik də çox qiymətlidir:

"Türk dünyasının gələcəyi ticarət, sənaye, mədəniyyət, təhsil, elm, incəsənət və insan mərkəzli yanaşmalarla formalaşacaq. Biz bu baxışın bir parçası olmağa və töhfə verməyə hazırıq. Türk dövlətləri arasındakı əlaqələr hər bir vətəndaşı əhatə etməlidir. Onun sözlərinə görə, ortaq baxış istiqamətində atılacaq hər addım Türk dünyasını gücləndirəcək və gələcək nəsillərə buraxılacaq mirası daha da dəyərli edəcək".

Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Kürşad Zorlu isə qeyd edib ki, qlobal miqyasda son dövrlər yaşanan hadisələr fonunda Türk dünyası tarixdə olduğu kimi bu gün də həm təhdid, həm də imkanlarla üz-üzədir.

K. Zorlu bildirib ki, Türk dünyasında vətəndaş cəmiyyətinin gücləndirilməsi, əməkdaşlıq üçün daha geniş zəminin yaradılması və təsirli strukturların qurulması ötən dövrlərlə müqayisədə bu gün daha həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu strukturların gücləndirilməsi təkcə bu günü qorumaq deyil, eyni zamanda sabahı qurmaq deməkdir. O qeyd edib ki, Türk dünyasında zaman-zaman dalğalı dövrlər yaşansa da, təxminən 35 ildir qırılmış bağlar yenidən toxunur, qardaşlıq münasibətləri institusional təməllərə daşınır.

Hakim partiya təmsilçisi həmçinin vurğulayıb ki, Türkiyə Cümhuriyyəti Türk dünyası və region üçün qlobal proseslərin mərkəzində duran mühüm güc mərkəzinə çevrilib:

"Türk dünyasının və Türk millətinin həmişə düşmənləri olub. Bu əhəmiyyətə görə bizə qarşı çalışanlar həmişə olub və olacaq. Xüsusilə yaxın gələcəkdə Türk dünyasının arasına fitnə toxumu səpərək münasibətləri başqa istiqamətə yönəltmək istəyənlərə qarşı son dərəcə ayıq olmalıyıq. Çünki bilirlər ki, Türkiyə güclü olarsa, Türk dünyası da güclənəcək və Türk dünyası gücləndikcə dünya nizamı da yeni istiqamət qazanacaq".

K. Zorlu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Türkiyə və Türk dünyasının ayrılmaz parçası olduğunu vurğulayaraq deyib:

"Son günlərdə bu mövzuda sosial media üzərindən yayılan yanlış məlumatları paylaşaraq fitnəyə ortaq olan dairələrin varlığını görürük. Təəssüf ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan bəzi siyasətçilərin də bilərək və ya bilməyərək bu cür yanaşmalara ortaq olduğunu müşahidə edirik. Buradan açıq şəkildə bəyan edirəm: Şimali Kipr Türk Cümhuriyyəti necə ki, Türkiyə Cümhuriyyətinin ayrılmaz parçasıdırsa, eyni zamanda Türk dünyasının da ayrılmaz parçasıdır. Dünən bu istiqamətdə necə mübarizə aparmışıqsa, bu gün də bütün Türk dövlətləri ilə birlikdə ŞKTC-nin beynəlxalq tanınması üçün eyni əzmlə çalışacağıq".

Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı isə qeyd edib ki, türk dünyasına xidmət bir yoldur:

"Türk dünyasını birləşdirən körpülərdir. Qarabağ Zəfəri Türk birliyinə doğru atılmış bir məşəl, ümid və işıqdır. Bu zəfər, müstəqilliyini əldə etmiş Türk dövlətlərinin bir araya gəlməsi üçün bir yol, hələ azad olmamış Türk xalqları üçün isə bir ümiddir. Türk birliyini istəməyən beynəlxalq qurumlar var, onlardan biri də Avropa Birliyidir. Bir neçə gün əvvəl bəzi Türk dövlətlərinin Kiprlə bağlı mövqeyi fitnə xarakteri daşıyır. Biz bir millət olaraq bu fitnələrin qarşısında durmalıyıq. Dövlətlər maraqları üçün qərar verə bilər, lakin millət olaraq bir məqsədimiz olmalıdır. Türk millətinin maraqları hər cür siyasətdən üstün olmalıdır".

TBMM MHP fraksiyasının sədr müavini Filiz Kılıç isə çıxışında Türk dünyasını birləşdirən əsas dəyərin "birlik iradəsi" olduğunu deyib:

"Türkiyə, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan – biz ayrı-ayrı dövlətlərik. Təkbaşına çox şey edə bilərik, amma birlikdə daha tez sağalırıq, daha böyük xəyallar qururuq, daha ədalətli, daha sülhsevər, daha güclü gələcək inşa edirik. Bu səbəbdən bu gün buradayıq. Artıq qulağımızı deyil, ürəyimizi bir-birimizin dərdinə açma zamanıdır. Mədəniyyətimizi, sənətimizi, səslərimizi, küçələrimizi, gənclərimizi bir araya gətirmə zamanıdır".

Kılıç vurğulayıb ki, tədbir sadəcə qərarlarla yekunlaşmamalı, eyni zamanda, yeni bir inanc da formalaşdırmalıdır:

"Türk dünyası arasında atılacaq hər addım, qurulacaq hər bağ, veriləcək hər fikir gələcəyin bir kərpicidir. Unutmayın, bir millətin xəritəsi yalnız xətlərlə deyil, inam, ümid və birlikdə atılan addımlarla çəkilir. Bizim bu konfransımız yalnız bir iclas deyil, bir baxışın başlanğıcıdır. Türk dünyası təkcə keçmiş deyil, birgə yazacağımız gələcəkdir. Biz yalnız qonşular deyilik, biz könül yoldaşıyıq. Bu uzun bir yoldur, lakin birlikdə addımlasaq, o yol artıq çətinlik deyil, ümid olur. Və bu ümidlə deyirik: dil birliyi, fikir birliyi, iş birliyi – bu artıq bir xəyal deyil, bir baxış və gələcək çağırışıdır".

AK Partiya İstanbul millət vəkili Şamil Ayrım da çıxış edənlər arasında olub. O, bildirib ki, bu konfrans Türk dünyasının birliyinə və həmrəyliyinə xidmət edən dəyərli bir təşəbbüsdür:

"Unutmayaq ki, bizi ayıran coğrafiya məhdud ola bilər, amma bizi birləşdirən könül coğrafiyamız çox böyükdür. Bu könül coğrafiyasını ayaqda saxlayacaq olan isə vətəndaş iradəsi, həmrəylik və ortaq vizyonumuzdur".

Türkiyə Daxili İşlər Nazirliyi Sivil Toplumla Əlaqələr Baş İdarəsinin Xarici Əlaqələr Dairəsinin rəhbəri Fahrettin Kaya bildirib ki, qurum olaraq QHT layihələrini dəstəkləyirlər:

"Türkiyədə örnək olan QHT-lər var və gözəl fəaliyyətlər həyata keçirilir. QHT-lər nə qədər güclü olsa, Türkiyənin demokratiyası və iqtisadiyyatı da bir o qədər inkişaf edəcək".

TÜRKSİT İdarə Heyətinin sədri Kemal Kurnaz və İpək Yolu İctimai Diplomatiya Təşkilatının rəhbəri Seyfullah Türksoy da çıxışlarında birliyin, əməkdaşlığın, qarşılıqlı anlayışın vacibliyindən danışıblar.

"EkoAvrasiya" Vəqfinin rəhbəri Hikmət Eren isə qeyd edib ki, tədbirdən çıxan nəticələr dövlətin aidiyyəti qurumları ilə paylaşılacaq.

Həmçinin Dünya Ahısqa Türkləri Birliyinin baş katibi Fuat Uçar Türk dünyasının ahısqa problemi ilə bağlı məsələlərinə diqqət çəkib. O həm də ahısqa türklərinin vətəndaş cəmiyyəti, habelə Türk dünyasındakı roluna diqqət çəkərək əlavə edib ki, onlar 9 ölkədə lobbi fəaliyyəti də göstərirlər.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər isə çıxışında ortaq media və vətəndaş cəmiyyətindən söz açıb. MŞ üzvü onu da xatırladıb ki, QHT-lər cəmiyyətin can damarıdır və bu can damarının qorunması və güclənməsi lazımdır.

Onun sözlərinə görə, burada ortaq fəaliyyətlər genişləndirilməlidir:

"Həm Krım, həm ahısqa, həm Kipr, eləcə də digər türk respublikaları ilə bütün sahələrdə ciddi iş birliyi artırılmalıdır. Özəlliklə də QHT və media sahəsində bu, ciddi şəkildə özünü göstərməlidir. Türk Dövlətləri Təşkilatları 2020-ci ildəki Qarabağ zəfərindən sonra bu məsələni prioritet şəkildə elan etdilər. Lakin mənə elə gəlir ki. bu, yetərli deyil. Bu mövzuların daha çox yayılması və geniş sahələrdə iş birliklərimizin olması vacibdir".

A. Ələsgər əlavə edib ki, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Ankarada Türkiyə-Azərbaycan QHT-lərinin görüşü ilə yanaşı, bu sahədə həm Türkiyə, həm İraq, həm də Özbəkistanla ciddi proyektlər həyata keçirib:

"Özbəkistanda da bu görüşlər oldu. İraqda – Türkmənelində də mart ayında belə tədbirlər keçirildi. Azərbaycan adına bu işlərdə varıq və bu məsələlərdə düşünürəm ki, daha da irəli getməliyik"

Xatırladaq ki, "Qeyri-hökumət təşkilatları və türk dünyasında çoxtərəfli gələcək perspektivi" başlıqlı panel müzakirəsində QHT-lərin tük dövlətləri arasındakı əlaqələrin inkişaf etdirilməsindəki rolundan bəhs edilib və mövcud problemlər ətrafında fikir mübadiləsi aparılıb. İkinci panel isə "Türk dünyasına inteqrasiya prosesində QHT-lərin rolu" mövzusunda təşkil olunub. Paneldə türk dövlətlərindəki QHT-lər arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

"Türk dünyasında QHT-lərin önəmi və qurumlararası əlaqələrdəki rolu" və "QHT-lərin xarici siyasətin müəyyən edilməsindəki rolu: İctimai diplomatiya çalışmaları" başlığı ilə təşkil olunan panellərdə isə müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ankarada "Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı" KEÇİRİLDİ – FOTOAnkarada "Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı" KEÇİRİLDİ – FOTOAnkarada "Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı" KEÇİRİLDİ – FOTOAnkarada "Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı" KEÇİRİLDİ – FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 645   Tarix: 11 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində gündəlik formalaşdıran, təşəbbüs irəli sürən aktor kimi çıxış edir" - DEPUTAT

Azərbaycanın apardığı unikal xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Ölkəmiz fərqli coğrafi məkanlarda yerləşən, hətta bir çox hallarda, siyasi baxımdan bir-birinə zidd, lakin əməkdaşlıq baxımından perspektivli qurumlarl

13 yanvar
.

Sürücülərə vacib XƏBƏRDARLIQ - Yollarda duman olacaq

Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bu barədə -a idarədən məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə respublika ərazisində hava şəraitini

13 yanvar
.

İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi

Xəbər verdiyimiz kimi, "Maple Trading" Məhdud Məhsuliyyətli Cəmiytyətinə (MMC) məxsus "Grab Star" ərzaq və şirniyyatlar mağazaları şəbəkəsi yeni yaradılan "Grand Novatra" MMC-yə satılıb. "Maple Trading" bağlandığından xeyli sayda işçi şirkətin rəhbəri Anar Məmmədo

13 yanvar
.

Bakının yeddi rayonunda söküntü aparılacaq - Siyahı

"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır". -a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. O bildiri

14 yanvar
.

Xəstəxanada hamilə qadına "sabaha sağ qalsanız, müraciət edərsiniz" deyilib? - ŞOK İTTİHAM

"'Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yardım etmədikləri üçün bətnimdəki uşaq tələf oldu'. xəbər verir ki, bunu 'Xəzər Xəbər'ə paytaxt sakini Aytac Vahabova deyib. Qadın iddia edir ki, ötən ilin oktyabr ayında gecə saatlarında erkən doğuş ağrıları tutub, təcil

14 yanvar
.

Bir ildə 7 dəfə əməliyyat olunduğunu deyən xəstə şikayətçidir - Həkimdən açıqlama

"Modern Hospital"ın baş həkimi Taryel Ömərov dedi ki, Azərbaycanda təkrar mədəkiçiltmə əməliyyatlarını yalnız özü edir və 73 uğurlu nəticəsi var. Amma bu gün onun əməliyyatı nəticəsində mədəm yoxdur, əmək qabiliyyətimi isə itirmişəm. Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Anar İsazad

13 yanvar
.

Diplomun iş tapmaqda rolu getdikcə azalırmı? - AÇIQLAMA

Son illər əmək bazarında ciddi dəyişikliklər müşahidə olunur. Artıq işəgötürənlər üçün təkcə diplom yox, insanın real bacarıqları, təcrübəsi və özünü necə inkişaf etdirməsi daha ön plana çıxır. Bu isə "Ali təhsil hələ də uğurun açarıdırmı?" sualını gündəmə gətirir. Məhz bu aktual mövzu il

14 yanvar
.

Nazirlik qarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır

13 yanvar