Uşaqlar arasında kütləvi virus yayılıb?

Uşaqlar arasında kütləvi virus yayılıb?Qızdırma, ishal, ürəkbulanma, boğaz ağrısı... Son bir həftədə sosial şəbəkələrdə ölkə ərazisində uşaqlar arasında kütləvi virusun yayıldığı iddia olunur. Hətta bu virusun yeni və təhlükəli olduğunu vurğulayanlar da var. Valideynlər bildirirlər ki, virusa yoluxan uşağın hərarəti 3-4 gün yüksəlir, kəskin boğaz ağrısı müşahidə olunur və heç bir dərman təsir etmir.

Bəs bu virus həqiqətən kütləvi xarakter daşıyırmı? Ən əsası, iddia olunduğu kimi yeni virusdur, yoxsa mövsümi xəstəlik?

"Yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam sabitdir"

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən "Kaspi" qəzetinə verilən məlumata görə, ölkə ərazisində yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam sabitdir: "Hazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına yoluxma halları müşahidə edilir. Xəstəlik əsasən temperaturun yüksəlməsi, burun axması, boğaz ağrısı, öskürək və sair kataral simptomlarla özünü büruzə verir".

"Vaksinasiya olunması vacibdir"

Qurumdan bildirilir ki, uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi və ya immuniteti zəif olan şəxslər kəskin respirator virus infeksiyalarına daha çox həssasdırlar: "Onların mövsümi qrip əleyhinə vaksinasiya olunması vacibdir. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər".

Həmçinin xəstəliklə mübarizə üçün xüsusilə mövsüm dəyişikliyi zamanı vitaminlərlə zəngin qida qəbul etmək, fiziki aktivliyi qorumaq, mövsümə uyğun geyinmək, immun sistemini gücləndirmək məsləhət görülür.

"Antibiotik müalicəsi ilə simptomlarda dəyişiklik görülmür"

Pediatr Nigar Mirzəyeva deyir ki, son zamanlar uşaqlar arasında viral infeksiyalara rast gəlinir. Mütəxəssisin sözlərinə görə, xüsusilə də qrip peyvəndi olunmayan uşaqlarda influenzanın A və B tipi müşahidə olunur: "Uşaqlarda uzun müddət davam edən yüksək hərarət, ümumi halsızlıq, iştahasızlıq şikayəti ilə bizə müraciət olunur. Bu şikayətlərlə yanaşı, digər viral infeksiyalarda görülən respirator əlamətlər - burun axıntısı, boğaz ağrısı, öskürək müşahidə edilir. Virus bəzən ağır keçdiyindən valideynlər antibiotik müalicəsinə başlayırlar. Təbii ki, virus infeksiyalarının müalicəsində antibiotikin rolu olmadığı üçün simptomlarda dəyişiklik görülmür".

"Diaqnozun 48 saatda qoyulması çox vacibdir"

Pediatrın sözlərinə görə, diaqnozun 48 saatda qoyulması çox vacibdir: "Çünki ilk 48 saat ərzində qoyulan diaqnoz nəticəsində başlanılan antiviral müalicə effektli olur. Qorunma yolu isə hər zaman qrip peyvəndidir. Qrip peyvəndi əsasən oktyabr və noyabr aylarında vurulur ki, influenzanın epidemiyası olanda uşaqları qoruya bilək".

Mövsümi xəstəliklər - rotavirus

Pediatr-infeksionist Aytən Ziyadova bildirdi ki, mövsüm dəyişikliyi ilə bağlı olaraq, uşaqlarda mövsümi xəstəlikləri görmək mümkündür. İnfeksionistin sözlərinə görə, son zamanlar müşahidə olunan virus, əsasən rotavirusdur: "Rotavirus, xüsusilə uşaqlarda mədə-bağırsaq infeksiyalarına səbəb olan, çox yüksək yoluxma qabiliyyətinə malik bir virusdur. Bu xəstəlik uşaqlarda güclü ishal, qusma və bədən temperaturunun yüksəlməsi ilə özünü göstərir. Əgər uşaqda qidalanmada problem yaranarsa və su itkisi baş verərsə, bəzən həyati təhlükə yarada bilər".

İlk beş yaş risklidir...

Rotavirusun yaranma səbəbinə gəldikdə, həkim bildirir ki, uşaqların xüsusilə ilk beş yaşında bu xəstəliyə tutulma riski daha yüksəkdir: "Rotavirus, Reoviridae ailəsinin üzvü olan bir virusdur. Virus tualet vasitəsilə və ya infeksiyalı şəxsin əşyalarına təmas nəticəsində yayılır. Rotavirus infeksiyasına yoluxmuş şəxs, xüsusilə ishal dövründə virusu çox miqdarda yayır. Virus, həmçinin infeksiya daşıyıcısı olan əşyalar və ya çirklənmiş su vasitəsilə də yayıla bilər".

Güclü ishal, qusma, yüksək hərarət

Virusun simptomlarına gəldikdə isə, mütəxəssis vurğulayır ki, rotavirus infeksiyasının simptomları ümumiyyətlə 1-3 gün sonra meydana gəlir. Simptomlar güclü ishal, qusma, yüksək hərarətdir. İnfeksiya bədən temperaturunun 38°C və ya daha yüksək olmasına səbəb ola bilər. Həmçinin bu virus ürəkbulanma və halsızlıqla da özünü göstərir".

Vaksinasiya, təmiz mühit, sağlam qidalanma

Virusdan qorunma yollarına gəldikdə isə, həkim bildirir ki, uşaqların əllərini yeməkdən əvvəl və tualetdən sonra yaxşıca yuyulduğuna əmin olmalıyıq. Vaksinasiya, təmiz mühit, sağlam qidalanma, sosial məsafə və maskalardan istifadə etməklə bu virusdan qorunmaq mümkündür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 950   Tarix: 12 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr