"Chevron" Venesueladan neft tədarükünü dayandırıb
Amerika şirkəti "Chevron" Vaşinqtonun birtərəfli sanksiyaları səbəbindən ABŞ-yə tədarük üçün nəzərdə tutulmuş nefti tankerlərdən boşaltmağa məcbur olub.
"Report" xəbər verir ki, bu barədə Bolivar respublikasının icraçı vitse-prezidenti, karbohidrogen naziri Delsi Rodriges teleqram kanalında yazıb.
"Chevron" ABŞ hökuməti tərəfindən başladılan iqtisadi müharibə və tətbiq edilmiş sanksiyalar səbəbindən Venesuelaya karbohidrogen xammalı tədarükü üçün ödəniş etmək mümkün olmadığından nefti Venesuelanın neft və qaz şirkəti "Peroleros de Venezuela"ya qaytarıb", – o qeyd edib.
Rodrigesin sözlərinə görə, "bu neft beynəlxalq bazara daxil olacaq" və PDVSA transmilli şirkətlərlə müqavilələrin şərtlərinə əməl edəcək.
İcraçı vitse-prezident ABŞ-nin respublikaya "işləməyə və inkişaf etməyə mane olmayacağına və Venesuelanın qalib gələcəyinə" əminliyini ifadə edib.
2015-ci ildən bəri ABŞ və onun müttəfiqləri Venesuelaya qarşı 930-dan çox birtərəfli məhdudlaşdırıcı tədbir tətbiq ediblər. Venesuela iqtisadiyyatına ən böyük zərəri 2019-cu ildə (Donald Trampın ilk prezidentliyi dövründə) PDVSA-ya qarşı tətbiq edilən sanksiyalar vurur. Bu il fevralın 26-da Tramp Amerika neft şirkətlərinə respublikada işləmək imkanı verən sanksiya rejimindən istisnalara son qoymaq qərarını elan edib. "Chevron" Venesuelada neft hasilatı üçün lisenziyadan məhrum edilib və mayın 27-də fəaliyyətini dayandırmalıdır. Mart ayının sonunda bütün xarici şirkətlər üçün Amerika lisenziyaları ləğv edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 687 Tarix: 13 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrİlk Homo sapiensin üzü necə görünürdü?
Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf
22 sentyabrMakron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq
Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun
23 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrBuker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı
Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi
23 sentyabr