Bəhram Bağırzadə niyə artıq filmlərə çəkilmədiyini açıqladı
"Dünən çox tanınmış rejissor, hansı ki, uşaqlığımdan onun filmlərində çəkilməyi arzulamışam, filmində rol almağım üçün mənə zəng vurdu. İnanıram ki, bu ekran işi "Oskar"a layiq olacaq. Orada mənə rol ayırmışdı. Amma imtina etdim".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə "Üzləşmə" verilişində deyib. O, niyə son illər ekran işlərinə çəkilmədiyinə aydınlıq gətirib:
"Çünki yalan danışmaq istəmirəm. Heç vaxt yalan danışmıram, dələduzluq etmirəm. Həmişə bir işlə məşğul olanda canımı qoymuşam. İstər karikatura çəkəndə, istər rol oynayanda, istərsə də KVN-də olanda. Ola bilər bəzən zəif olub. Həmişə hər şey mükəmməl ola bilməz. Bu gün hiss edirəm ki, əvvəlki Bəramda o güc yoxdur. Durub elə bir rejissorun filmində rol alıb onu korlamağa ixtiyarım yoxdur. Bunu etsəm, cinayətkara çevrilərəm. KVN-də olanda da kuboku gətirdik. Amma indi yalandan nə edim. Əgər indi o mesajı verə bilmir, kinoda gözlərim yanmırsa, filmdə çəkilməyimin mənası yoxdur. Emil Quliyev dəfələrlə filmlərinə çağırıb, getmirəm. Niyəsini soruşur. Cavab verirəm ki, sənin filminin ana xətti var, onu korlamaq istəmirəm. Çünki baxıram, orada elə aktyorlar var ki, onlar kimi oynaya bilməyəcəyəm. Hansılar ki, indi trenddədirlər. Mən isə 25 il əvvəl onların yerində idim. Super aktyorlarımız var. Bədbəxtçilikləri odur ki, onlar bunu bilmirlər. Bir balaca ingilis dili bilsəydilər, indi Hollivudda yer tutardılar. Bizim məmləkətin insanları çox istedadlıdırlar. Bu gün oxudum ki, Almaniyada 500 həkimimiz rəsmi işləyir. Nə oldu, burada işləyə bilmədi, getdi orada işlədilər?".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əməkdar artistin canlı ifası və köhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO
Əməkdar artist Nüşabə Ələsgərlinin studiyada canlı ifasının görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. xəbər verir ki, canlı performans izləyicilər arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi sənətçinin səsini və canlı ifasını yüksək qiymətləndirərə
29 yanvarÇinarənin İranla bağlı ifası müzakirə yaratdı - VİDEO
Müğənni Çinarə Məlikzadənin ifası sosial şəbəkələrdə mübahisələrə səbəb olub. xəbər verir ki, ifaçı İranda baş verən son etiraz aksiyaları fonunda hökumət əleyhinə çıxış edənlər arasında populyarlaşan "Xudahafez" mahnısını səsləndirib. Sözügedən ifa qısa zamanda sosial mediada geniş yayılara
4 fevral"Heç vaxt müğənniyə ərə getmərəm"
Müğənni Vəfa Şərifova "Rəngarəng" verilişində qonaq olarkən şəxsi həyatı ilə bağlı maraqlı və səmimi açıqlamalar verib. -ın məlumatına görə, sənətçi bildirib ki, heç vaxt müğənni ilə ailə qurmağı düşünməz:. "Bu, qadın üçün çox çətin olar. Qadının ətrafında çox kişi ola bilər, amma o, birin
28 yanvarEnes Batur, Ecenaz Üçer, Çağrı Taner və Yaren Alaca saxlanıldılar
Türkiyə hüquq-mühafizə orqanlarının məşhurlara qarşı keçirdiyi narkotikə qarşı əməliyyatları zamanı saxlanılan tanınmış şəxslərin bəzilərinin adları müəyyənləşib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, saxlanılanlar arasında tanınan simalardan Enes Batur, Ecena
31 yanvarƏməkdar artist: "Övladlarımdan incimişəm, DANIŞMIRIQ"
Əməkdar artist Rəhman Rəhmanov səhhətində yaranan ciddi problemlərlə bağlı açıqlama verib. -ın məlumatına görə, aktyor "Günə uğurla" proqramında qonaq olarkən sağlamlıq durumunun yaxşı olmadığını bildirib. Onun sözlərinə görə, səhhətindəki problemlər səbəbindən bir çox televiziya verilişlərin
31 yanvarRəqsanə efirdə ağladı: "Məndən nə istəyirsiniz?"- VİDEO
Rəqsanə İsmayılova efirdə göz yaşı töküb. xəbər verir ki, ARB TV-də yayımlanan "Günə Uğurla" verilişində Rəqsanə İsmayılova fotosessiya qalmaqalı ilə bağlı açıqlama verib:. "Gündəmi zəbt edən məsələ ilə bağlı açıqlama vermək istəyirəm. Qeyd edim ki, etdirdiyim fotosessiya konkret bir layih
29 yanvar"Eşref-Rüya"da yayımlanan bu səhnə tənqid edilir - VİDEO
Televiziya ekranlarında zorakılıq səhnələrinin artması müzakirə olunmaqda davam edərkən, yayımlanan bir serialdakı səhnə ictimaiyyət arasında ciddi narazılıq doğurub. türk mediasına istinadən xəbər verir ki, "Eşref-Rüya" serialında nümayiş etdirilən epizodda Dinçer adlı obrazın öz anasını boğara
30 yanvar