Qərbi Azərbaycan Xronikası: Yasda saç yolmaq, üz cırmaq adətinin mənası
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Ölən şəxsin adına yeməyə duz atmaq adəti" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı təqvim inancları və miflərdən söz açıb.
O bildirib ki, yuğlama mərasimi qədim türklərə məxsusdur. Ölüsü düşən adam yemək bişirməzdi. Plov bişirəndə ocağa çiy düyü atılmalıdır. Evdə yemək bişmədiyini görən ruhlar, inciyib gedir.
Onun sözlərinə görə, ova gedən adam təmizlənməli idi: "Qurban və ov ətinin sümüyü, tükü zibilə atıla bilməz.
Qədimdə el arasında iməcilik keçirildiyini söyləyən L.Vaqifqızı yasda saç yolmaq, üz cırmaq, ölən şəxsin adına yeməyə duz atmaq adətlərinə, qəbir üzərində od qalamağın sakral mənasına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1056 Tarix: 13 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çində insanın içinə yerləşə biləcəyi nəhəng kompüter hazırlanıb
Çində texnobloqer Soda Baka insanın yerləşə biləcəyi nəhəng kompüter yaradıb. xəbər verir ki, bu barədə "Tom's Hardware" portalı məlumat yayıb. Bildirilir ki, qurğu vizual olaraq klassik oyun sistem blokunu xatırladır, lakin ölçüləri o qədər böyüdülüb ki, içərisində tam funksional iş sahəs
4 mayƏkizdirlər, amma doğma bacı deyillər
İngiltərədə yaşayan əkiz bacılar Mişel və Laviniya Osborn həyatlarını alt-üst edən bir DNT testi ilə üzləşiblər. xarici mediaya istinadən xəbər verir ko, bir neçə dəqiqəlik fərqlə eyni anadan doğulsalar da, bacıların fərqli ataları olduğu məlum olub. Bu nadir hadisə tibbdə "heteropaternal superfekundasiya"
4 may90 yaşlı nənələrin idman zalında etdiklərini görənlər şok oldu - VİDEO
Tayvanda 89 və 91 yaşlı iki qadının idman zalında etdiyi məşqlər diqqət çəkib və sosial mediada maraqla qarşılanıb. xarici mediaya istinadən xəbər verir ki, irəli yaşlarına baxmayaraq mütəmadi şəkildə idmanla məşğul olan qadınlar fiziki aktivlikləri ilə bir çoxlarına nümunə olub. Onların məşq zaman
4 mayGənc qızın küçənin ortasında etdiyi rəqs tənqidlərə səbəb oldu - VİDEO
Son dövrlərdə xüsusilə xarici ölkələrdə populyarlaşan küçədə rəqs videoları Türkiyədə də gündəm mövzusuna çevrilib. xarici mediaya istinadən xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə gənc bir qadının İstanbul küçələrindən birində musiqi sədaları altında rəqs etdiyi və ətrafdakı insanları
7 mayDəfndə müzakirə yaradan GÖRÜNTÜ - FOTO
Dəfn mərasimində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, hadisə zamanı mərhumun torpağa tapşırılması üçün qəbiristanlığa toplaşan insanlar gözlənilməz anlarla üzləşiblər. Belə ki, qəfil şəkildə əraziyə vəhşi heyvanın daxil olub. Bu vəziyyət iştirakçıla
3 mayNarazı gəlin diqqət çəkdi - VİDEO
Toy məclislərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. xəbər verir ki, yayılan kadrlarda ən çox diqqət çəkən məqam gəlinin üz ifadəsi olub. İzləyicilər onun narazı və bir qədər soyuq göründüyünü qeyd ediblər. Görüntülərdə cütlüyün rəqs etdiyi anlar da yer alıb
3 mayNeymar Robinyonun oğlunu döydü
"Santos"un hücumçusu Neymar məşq zamanı Braziliya millisinin keçmiş oyunçusu Robinyonun oğlu Robinyo Junior ilə münaqişəyə girib. -ın xarici mediaya istinadən məlumatına görə, hadisə klubun məşq meydançasında məşq zamanı baş verib. 34 yaşlı futbolçu oyun zamanı 18 yaşlı komanda yoldaşının on
4 may