Uşaqların evdən qaçmasının ŞOK SƏBƏBİ - Bunları etməyin
"Son günlər azyaşlı uşaqların evdən qaçma xəbərləri artır. Tovuzda qaçan da, Xaçmazda qaçan da gedib Gəncədə tapılır. Onlar əlbəttə ki, Nizami Gəncəvinin məqbərəsini ziyarət etməyə yollanmayıblar. Sadəcə qaçıblar. Valideyndən, məktəbdən, dərsdən, hazırlıqdan, testdən, stressdən, boğucu binalardan…"
Musavat.com xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial media hesabında yazıb.
"Mən uşaq olanda düşünürdüm ki, dünya ancaq kəndimiz boydadır. Yolum məktəbə, kəndin kitabxanasına, stadionuna, babamgilə qədər uzanırdı. Rayonlar mənə yad planet kimi görünürdü. Çünki getmirdim.
Pandemiyada uşaqlara "dərs öyrənsinlər" deyə telefon verdik. Amma görünən odur ki, biz onlara dərs yox, daha fərqli yolları öyrətmişik. Sorğular da bunu deyir: uşaqlar çətin imtahanlardan, hazırlıqdan, qəliz kitablardan bezib.
Uşaqların asudə vaxtı yoxdur. Olan vaxt da ya test üçündür, ya da qaçmaq. Bakıda hər tərəf beton, hər yer çoxmərtəbəli bina. Parklar – çayxana. Oyun yerləri – qəlyanxana.
Uşaqlıq darıxır. Uşaqlar nəfəs ala bilmir. Və bu cəmiyyət, bu təhsil sistemi onların tənəffüsünü əllərindən alır.
Nəsə düz getmir, cənablar. Çox şey düz getmir. Amma heç kim dayanıb soruşmur: bu uşaqlar hara qaçır? Əslində, onlar bizdən qaçır".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1170 Tarix: 13 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin
Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula
22 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabr