Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
Rusiyanın Başqırdıstan Respublikasında təxminən bir ay əvvəl baş vermiş yanğında sahibi ölən it yanan evin külləri arasında onun qayıtmasını gözləyir.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi itin görüntülərini paylaşıb.
Məlumata görə, it ötən ay Ufa şəhəri yaxınlığında fərdi evdə baş verən yanğında həm evini, həm də sahibini itirib. 62 yaşlı ev sahibinin cansız bədəni dağıntılar altından çıxarılıb.
İt isə həmin gündən bəri yanmış evin qalıqları arasında yorulmadan sahibini gözləyir.
Nazirlik əməkdaşları onu ərazidən uzaqlaşdırmağa çalışsalar da, it heç kimi özünə yaxın buraxmır.
Sədaqətinə görə canlıya "Başqırd Haçiko" adı verilib.
Qeyd edək ki, Haçiko Yaponiyada sadiqlik simvolu kimi xarakterizə edilir. O, sahibi hara gedirdisə mütləq müşayiət edirdi.
Bir gün keçirdiyi infarktdan sonra sahibini xilas etmək olmur. Haçiko həmin gündən sonra hər gün Şibuya stansiyası önünə gedərək gecə saatlarına qədər onun gəlişini gözləyirdi.
Haçiko bütün Yaponiyada 1932-ci ildə Tokionun iri qəzetlərindən birində nəşr edilmiş "Sadiq it 7 il əvvəl ölmüş sahibinin gəlişini gözləyir" başlıqlı məqalədən sonra məşhurlaşır.
Haçiko stansiyaya 9 il ərzində (red.-öldüyü günə kimi) hər gün gedir. Ölmüş Haçikonun cəsədini stansiyanın yaxınlığında yerləşən ərazidən tapılır. Onun ölümü geniş rezonansa səbəb olduğundan Yaponiyada bir gün matəm elan olunur. Hazırda Şibuya stansiyasının qarşısında Haçikonun abidəsi yerləşir.

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1250 Tarix: 14 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin
Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula
22 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabr