İnsanın özünü bədbəxt hiss etməsinin SƏBƏBİ
Alimlər insan xoşbəxtliyinin mexanizmlərini anlamaqda irəliləyiş olduğunu bildiriblər. Cənubi Koreyanın Çonbuk Milli Universiteti və Kanadanın Toronto Universitetindən olan tədqiqatçılar "xoşbəxtlik paradoksu" adlanan psixoloji fenomenə aydınlıq gətiriblər.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, bu, maraqlı bir qanunauyğunluğu ifadə edir: insan nə qədər çox xoşbəxt olmağa çalışsa, bir o qədər az ehtimal var ki, bu xoşbəxtliyə çatacaq.
Aşağı yuxarı min nəfərin iştirak etdiyi genişmiqyaslı bir tədqiqatın nəticələri Applied Psychology: Health and Well-Being adlı elmi jurnalda dərc edilib.
Məlumatların təhlili zamanı məlum olub ki, xoşbəxtlik axtarışına həddən artıq fokuslanmaq insanın özünə nəzarət qabiliyyətini zəiflədir. Başqa sözlə, xoşbəxtlik hissinə çatmaq üçün atılan fəal addımlar insanın daxili resurslarını tükədir.
Alimlərin izahına görə, özünü idarəetmə və pozitiv emosiyalara can atma eyni psixoloji resursları işə salır. Nəticədə insan özünü daima "xoşbəxt olmağa məcbur etdikcə", əks təsir yaranır – əsəb, yorğunluq və emosional boşluq hiss olunur.
Xoşbəxt olmaq əvəzinə insan gündəlik, sadə şeylərdən belə sevinc alma qabiliyyətini itirir.
Beləliklə, araşdırma sübut edir ki, məcburi şəkildə xoşbəxt olmaq istəyi insanın həqiqi daxili rifahına gedən yolda maneəyə çevrilir. Bu da "xoşbəxtlik paradoksu"nun mahiyyətidir.
Mütəxəssislərin tövsiyəsi nədir?
Alimlər xoşbəxtliyə yanaşmanı yenidən nəzərdən keçirməyi tövsiyə edirlər. İdeal həyat arxasınca qaçmaq və ya özünü başqaları ilə müqayisə etməkdənsə, insan mövcud olan şeylərə sevinməyi öyrənməlidir. Sadə gündəlik nemətlər üçün minnətdarlıq hissi, "burda və indi" yaşama bacarığı və emosional vəziyyəti daima analiz etməkdən imtina – bunlar subyektiv rifah səviyyəsini ciddi şəkildə artıra bilər.
Başqa sözlə, xoşbəxtlik - çatmaq lazım olan bir məqsəd yox, insan onu axtarmağı dayandıranda gələn bir haldır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2339 Tarix: 14 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin
Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula
22 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabr