"Fransanın bütövlükdə mövqeyi Cənubi Qafqaz regionuna xaos gətirməkdən ibarətdir" - AÇIQLAMA
Rəsmi Parisin Ermənistanı öldürücü silahlarla təchiz etməsi, eləcə də sülhə xidmət göstərməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun regional gərginliklə bağlı narahatlığı ilə ziddiyyət yaradır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.
Onun sözlərinə görə, bu ikili yanaşma Fransanın riyakarlığını ifşa edir:
"Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm inkişaf olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini və Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir".
"Fransanın bütövlükdə mövqeyi Cənubi Qafqaz regionuna xaos gətirməkdən ibarətdir" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Fransanın bütövlükdə mövqeyi Cənubi Qafqaz regionuna xaos gətirməkdən ibarətdir. Onların indiyə qədər ortaya qoyduğu dırnaqarası "mövqelər", bölgə ilə bağlı biryanlı və boğazdan yuxarı bəyənnatlar Fransanın real işğalçı mahiyyətini ehtiva etmiş olur. 30 il ərzində beynəlxalq hüququn normalarını pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanı Fransa dəstəklədi. Lakin bu illər ərzində Azərbaycanın Ermənistanı sülhə çağırması ilə bağlı Fransa tərəfindən heç bir addım atılmadı. Bu saxtakar Fransa siyasi elitası qəsdən reallıqları görməzdən gələrək regionun taleyi və gələcəyi ilə bağlı qəbuledilməz bəyənnatlar səsləndirir, dırnaqarası fikirlərə sığınmağa çalışır. Bütün bunlar Fransanın ikiüzlülüyünün və siyasi riyakarlığının absurd göstəriciləridir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə haqlı olaraq Fransanın pozuculuq əməllərini növbəti dəfə ifşa etmiş oldu. Çünki, sülh müqaviləsindən dəm vuran Ermənistan hələ də öz konsitutsiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarından vaz keçmir. Hələ də ATƏT-in minsk qrupu adlanan şər maşının aradan qaldırılması üçün heç bir addım atmır. Fransa Ermənistana çağırış etmək yerinə əksinə regionda qarşıqlıq yaratmaqla məşğuldur. Onlar Ermənistana ağır hücum silahları verməklə Cənubi Qafqazda müharibə ritorikasını üst sırada saxlamağa çalışır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?