Mühərrikin qeyri-stabil işləməsinin səbəbləri

Mühərrikin qeyri-stabil işləməsinin səbəbləriƏksər hallarda, qaza basarkən mühərriyin iş sürətinin azalmasının əsas səbəbi yanacaq sistemindəki nasazlıqlardır.

Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı avtomobil mütəxəssisi Artyom Bovt məlumat verib.

"Mühərrikə kifayət qədər benzin getmədikdə və ya yanacaq-hava qarışığı normadan çox qatıldıqda bu, müxtəlif nasazlıqlara səbəb olur. Belə halların başlıca səbəbləri nasaz injektorlar və ya zəif işləyən yanacaq nasosu ola bilər", - deyə ekspert bildirib.

Mütəxəssis vurğulayıb ki, müasir avtomobillər çoxsaylı elektron sistemlərlə təchiz olunsa da, oksigen sensoru və ya hava axını ölçən cihaz sıradan çıxarsa, mühərrikin idarəetmə sistemi düzgün işləməyə bilər. Bu zaman elektronika yanacağın miqdarını düzgün tənzimləyə bilmir.

Ekspert əlavə edib ki, əgər drossel (qaz paylayıcı klapan) çirklidirsə, mühərrik qaz pedalına zəif reaksiya verir. Vaxt keçdikcə klapanın üzərində qurum toplanır və bu da onun işini çətinləşdirir. Bundan başqa, drosselin yerləşmə sensoru xarab olarsa, sistem qaz pedalının nə qədər sıxıldığını düzgün təhlil edə bilmir və nəticədə, yanacaq tədarükü düzgün tənzimlənmir.

Mühərrikin qeyri-stabil işləməsinin başqa bir geniş yayılmış səbəbi alışma sistemindəki nasazlıqlardır. Şamlar köhnəlirsə və ya yüksək gərginlikli naqillər zədələnirsə, qığılcım zəif olacaq və ya tamamilə yox olacaq. Bu da mühərrikin fasilələrlə işləməsinə və qaz verildikdə avtomobilin dayanmasına səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 943   Tarix: 15 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin

Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula

22 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr