Dişləri qıcamaq - Ekspert qorxulu xəstəliyin əlamətindən DANIŞDI
"Dişləri qıcamaq, yəni bruksizm, adətən yuxuda baş verən, çənənin qeyri-iradi sıxılması və dişlərin bir-birinə sürtülməsi ilə xarakterizə olunan vəziyyətdir. Bu hal bəzən Parkinson xəstəliyi kimi sinir sistemi pozuntularının ilkin əlaməti ola bilər".
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya istinadla rusiyalı uşaq nevroloqu Nataliya Stepanenko məlumat verib.
Həkimin sözlərinə görə, bruksizm təkcə dişlərin qıcırtı səsləri ilə deyil, çənə ağrısı, baş ağrısı və diş zədələnmələri ilə də müşayiət oluna bilər:
"Əgər müalicə olunmasa, bu, diş minasının aşınmasına və dişlərin düzgün düzülməməsinə səbəb ola bilər", - deyə o bildirib.
Nevroloqun sözlərinə görə, bruksizmin səbəbləri müxtəlif ola bilər:
Stres və emosional gərginliklər - insan bu zaman şüuraltı olaraq çənəsini sıxır;
Epilepsiya və Parkinson xəstəliyi kimi sinir sistemi pozuntuları;
Kəllə-beyin travmaları;
Düzgün olmayan dişləmə və digər stomatoloji problemlər;
Kofein, alkoqol və bəzi dərman preparatlarının qəbulu.
Bruksizmin əsas əlaməti gecə vaxtı dişlərin qıcırtı səsləridir. Həkimin sözlərinə görə, insan özü bunu hiss etməyə bilər, lakin ətrafdakılar bu səsləri eşidə bilərlər. Bununla yanaşı aşağıdakı simptomlar da müşahidə oluna bilər:
Baş ağrısı;
Çənədə narahatlıq və ya ağrı;
Diş zədələnmələri;
Üz nahiyəsində ağrılar;
Baş gicəllənməsi;
Diqqəti cəmləməkdə çətinlik.
Nataliya Stepanenko qeyd edib ki, bruksizm diaqnozu üçün stomatoloq və ya nevroloqa müraciət etmək lazımdır.
"Bəzən "bruks-çeker" adlı xüsusi ağız qoruyucusu istifadə edilir. Müalicə səbəbdən asılı olaraq dəyişir: uşaqlarda keçici ola bilər, böyüklərdə isə sakitləşdirici preparatlar, əzələ boşaldıcılar və psixoloq yardımı tövsiyə edilir", - deyə həkim sözlərini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1147 Tarix: 16 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrAy necə yaranıb? - Yeni missiya sirri aça bilər
Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar
22 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabr