Ramiz Alıyev: "Uçuruma aparan yol!" filmində Azərbaycan polisinin qəhrəmanlığı öz əksini tapacaq"

Ramiz Alıyev: "Uçuruma aparan yol!" filmində Azərbaycan polisinin qəhrəmanlığı öz əksini tapacaq"İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uçuruma aparan yol!" adlı layihənin icra edəcək.
Layihə ilə bağlı fikirlərini bizimlə bölüşən təşkilatın sədri Ramiz Alıyev öncə layinənin məqsədi barədə məlumat verdi.

Layihənin əsas məqsədinin hökumətin insan alverinə qarşı apardığı mübarizədə vətəndaş cəmiyyətinin rolunu artırmaq olduğunu deyən həmsöhbətimiz problemin aktuallığından bəhs etdi.
"İnsan alveri bütün cəmiyyətləri narahat edən qlobal problemdir. Bu problemə qarşı hökumət, aidiyyatı qurumlar, vətəndaş cəmiyyəti institutları, eləcə də ayrı-ayrı təşkilatların fəaliyyət göstərməyinə baxmayaraq, problemin birbaşa həlli mümkün deyil. Səbəb də odur ki, zaman kerçdikcə bu istiqamətdə fəaliyyət göstərən qruplar öz məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Həm cinsi, həm də məcburi əmək xidmətləri ilə bağlı edilən "xüsusi" təkliflər insanların asanlıqla insan alveri qurbanına çevrilməsinə şərait yaradır. Bu baxımdan insan alverinə qarşı mübarizə sahəsində davamlı maarifləndirmə işinin həyata keçirilməsi labüddür. Bu həm qəbul olunan Dövlət Proqramının icrasına, həm də Azərbaycanın bu istiqamətdə qoşulduğu beynəlxalq Konvensiyaların yerinə yetirilməsində müsbət nəticələrin əldə olmasına rəvac verəcək".
R.Alıyev qeyd etdi ki, insan alveri geniş sferada özünü göstərməkdədir: "Son zamanlar insan alverində əməyin istismarı və aldadıcı təkliflərlə insan alveri qurbanı olanların sayı artmaqdadır. Təşkilatımızın həm İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəsmi saytında, eyni zamanda sosial şəbəkələrdə apardığı araşdırmalar zamanı məlum olub ki, son zamanlarda xaricdə təhsil adı altında insanlar aldadılır və asanlıqla qurbana çevrilirlər. Bu istiqamətdə təşkilata 2024-cü ildə edilən müraciətlərdən belə aydın olur ki, xaricdə cəlbedici Ali Təhsil imkanları təklif edən "işbazlar"ın əsas məqsədi qurbanları asanlıqla ələ almaq, onlardan istifadə etməkdir. Biz insan alverinə qarşı mübarizə sahəsi üzrə davamlı olaraq layihələr və maarifləndirici tədbirlər həyata keçiririk. Bu istiqamətdə keçirdiyimiz görüşlər əsnasında deyə bilərik ki, aidiyyatı qurumlarla yanaşı vətəndaş cəmiyyətinin imkanlarından istifadə vacibdir. Bu baxımdan təşkilat olaraq insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbirlərinin təşkili istiqamətində növbəti layihə keçirməyə qərar verdik".
Təşkilat sədrinin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının illik məruzəsinə əsasən, hər beş insan alveri qurbanından biri yetkinlik yaşına çatmayan gənclərdir: "İnsan alveri qurbanlarının sayının artmasına əsaslanaraq, bir çox ölkədə insan alveri ilə məşğul olan insanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün normativ hüquqi aktlar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı" təsdiqlənib. "Milli Fəaliyyət Planı"nda da göstərilib ki, vətəndaş cəmiyyəti bu sahədə maarifləndirmə tədbirlərini daha genişləndirməlidir. Daxili İşlər Nazirliyi, bu sahədə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatları, bölgələr üzrə fəaliyyət göstərən sosial işçilər, kütləvi informasiya vasitələri insan alverinə qarşı mübarizəyə dair maarifləndirmə işlərində ən vacib və aparıcı qüvvələrdir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi daima qeyd edilən məsələlər üzrə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq edir, maarifləndirmə işlərinin aparılmasında birgə fəaliyyət göstərirlər".
R.Alıyev sonda qeyd etdi ki, layihə çərçivəsində 7 dəqiqəlik qısametrajlı film çəkiləcək: "QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə, Daxili İşlər Nazirliyinin isə təşkilati dəstəyi ilə ərsəyə gələcək filmin Bakı və Sumqayıt şəhərlərində təqdimatı keçiriləcək. Eyni zamanda filmin youtube və digər sosial şəbəkələr üzrə geniş şəkildə yayımı reallaşdırılacaq. Çəkilən qısametrajlı film televizya kanallarına da təqdim olunacaq. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı bu günə qədər bu səpkidən olan bir neçə filmin, serialın müəllifidir. Biz filmlərimizdə insan alveri qurbanlarının acı talelərini göstərməklə bərabər, Azərbaycan polisinin işinə necə məsuliyyət və şərəflə yanaşdığını nümayiş etdiririk. Dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisi bütün dünya ölkələrində polislərə nümunə göstərilir. Polisi və digər hüquq mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir ki, ölkədə sabitlik hökm sürür. Azərbaycan polisi bütün dönəmlərdə dövlətinə, xalqına sədaqətlə xidmət edib, hər bir çətinlikdə öz ali rəhbərinin yanında olub. Son illərdə istər pandemiya zamanı, istərsə də Vətən müharibəsi vaxtı Azərbaycan polisi böyük sınaqlardan üzüağ çıxdı. Düzdü, həmin vaxtı polisə qarşı qarayaxma kampaniyaları aparanlar oldu, elə indi də var. Əlbətdə ki, onların mənfur məqsədi məlumdur.
Hesab edirəm ki, biz vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq heç bir zaman imkan verə bilmərik ki, ictimai-əsayişimizi qoruyan, sabitliyimizi təmin edən polis orqanlarına kimlərsə ləkə vursun. Son 5 ildə mən, xüsusilə, deyə bilərəm ki, cəmiyyətimizdə gənclərimizin polis sisteminə marağı daha da artıb. Buna səbəb kimi polis orqanlarına yeni qatılan gənclərin həm xarici görünüşü, fiziki sağlamlığı eyni zamanda polisin cinayətkarlara qarşı apardığı qətiyyətli mübarizə dayanır. Daxili işləri naziri general-polkovnik cənab Vilayət Eyvazovun demək olar ki, hər ay Bakıda və bölgələrdə polis sıralarına qoşulmaq istəyən gəncləri şəxsən seçməsi isə həmin gənclərdə ruh yüksəkliyi yaradır."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 847   Tarix: 17 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?

Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında

22 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr