"Azərbaycan dili xalqımızın milli kimliyini,mədəniyyətini və tarixi yaddaşını özündə əks etdirən müqəddəs bir sərvətdir" - DEPUTAT
"Azərbaycan dili xalqımızın milli kimliyini,mədəniyyətini və tarixi yaddaşını özündə əks etdirən müqəddəs bir sərvətdir" - bunu Sonxeber.az -a açıqlama verən deputat Günay Ağamalı deyib:
"Azərbaycan dili xalqımızın milli kimliyini,mədəniyyətini və tarixi yaddaşını özündə əks etdirən müqəddəs bir sərvətdir. Dilimiz əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçmiş, lakin heç zaman öz dəyərini və mənəvi əhəmiyyətini itirməmişdir. Azərbaycan dilinin dövlət dili kimi inkişaf etdirilməsi və qoruması istiqamətində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
1970- ci ildən etibarən SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsinin yenidən gündəmə gətirilməsi və milli dillərin sıxışdırılma prosesinin kəskinləşdiyi bir dövrdə Ulu Öndər Heydər Əliyev milli dilimizin xilaskarı kimi dövlətçilik tariximizə öz adını qızıl hərflərlə həkk etdirdi. Dahi rəhbərin fəal və ardıcıl həyata keçirdiyi dil siyasəti Azərbaycan dilinin hüquqi statusunun gücləndirilməsilə yanaşı, milli özünüdərk və azadlıq ruhunu yüksəltdi. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması onun siyasi iradəsinin və milli-mənəvi dəyərlərə bağlılığının parlaq nümunəsidir. Ulu Öndərin fəaliyyəti o dövr üçün böyük cəsarət və uzaqgörənlik tələb edirdi.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da Ümummilli Lider Heydər Əliyev dil siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdi. Onun " Öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz" prinsipi dilimizin inkişafının əsas meyarıdır. 1995- ci il oktyabrın 31- də Ulu Öndərin təşəbbüsü və fəal iştirakı ilə Konstitusiyasının dövlət dili haqqında maddəsi ilə bağlı gərgin müzakirələrin nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin ilin noyabrın 12- də qəbul olunan Konstitusiyanın 21- ci maddəsinə əsasən Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.
Ümumilli lider hər zaman Azərbaycan ədəbiyyatının və dilinin elmi-nəzəri əsaslarla öyrənilməsinə xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə bir sıra fundamental dilçilik əsərləri nəşr olundu və dilin tədrisi sahəsində mühüm islahatlar həyata keçirildi. Ulu Öndərin təşəbbüsü ilə latın qrafikasına keçid reallaşdı ki, bu da müasir dövrün tələblərinə uyğun bir addım idi.
Tam əminliklə qeyd edə bilərəm ki, bu gün dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin qoruması və inkişafı il bağlı mühüm işlər görülür. Ölkə rəhbərinin uzaqgörən yanaşmaları fonunda Azərbaycan dili dünya miqyasında tanınan bir dilə çevrilməkdədir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Bakıda ətin qiyməti 19 manat oldu
Paytaxtın iki böyük bağı birləşdirildi