Nazirin "Azdrama"ya gedişinin detalları bilindi - Aktyorları dinlədi və...
Mədəniyyət naziri Adil Kərimlinin dünən Akademik Milli Dram Teatrının (Azdrama) aktyor heyəti ilə görüşünün bəzi detalları məlum olub.
Qaynarinfo-ya daxil olan məlumata görə, Adil Kərimli bir neçə gün öncə sözügedən teatrda bədii şuranın iclası zamanı baş verən insidenti də araşdırıb. Nazir baş verən qalmaqalla bağlı bir neçə Xalq artistinin fikrini öyrənib.
Aktyorların narazılıqlarını dinləyən cənab nazir də öz növbəsində onalara öz iradını bildirib və vurğulayıb ki, "Azdrama"da belə hadisələr yaşanmamalıdır. Adil Kərimli olayın dərindən araşdırılacağına da söz verib.
İclas zamanı teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə və direktor İlham Əsgərov dəfələrlə çıxış üçün söz istəsə də, Adil Kərimli onlara söz verməyib. Nazir onlara "sizinlə ayrıca görüşüb, müzakirə edəcəyik" deyib və "Azdrama"nı tərk edib.
Teatrın Əməkdar artisti Məsmə Aslanqızı Qaynarinfo-ya açıqlamasında bütün bunları təsdiqləyib:
"Nazir bütün teatrlara gedir, aktyorlarla görüş keçirir, ümumi vəziyyətlə, teatrda baş verən islahatlarla maraqlanır. Ən sonda ana teatr sayılan "Azdrama"ya gəldi və bizim heyətlə də görüşdü. Teatrda baş verənlərlə maraqlandı, aktyorları dinlədi. Amma Mehriban Ələkbərzadəyə söz verilmədi".
Görüşdə çıxış edən aktyorların Mehriban Ələkbərzadə ilə bağlı şikayətləri nə idi, onları bədii rəhbərdən narazı salan, uzaqlaşdıran səbəblər nədir?
Məsmə Aslanqızı deyib:
"30 ildir bu teatrda işləyirəm. Heç vaxt kənardan teatra gələn aktyor və aktrisaların əleyhinə olmamışam. Özüm də bu teatra 17 yaşımda gəlmişəm. Gənc nəslin teatra dəvəti mütləqdir. Çünki burada quruluş verilən tamaşalarda gənc rollar var. Onları kim oynamalıdır? Heç vaxt buna etirazım olmayıb, bu, rejissor və rəhbərliyin seçimidir. Mən buna normal yanaşıram. Bununla bağlı rəhbərlikdən şikayətim yoxdur. Amma məni və mənim kimi onlarla aktyoru narazı salan və qane etməyən bədii rəhbərin aşırı dərəcədə eqosu, narsistliyi, mənəm-mənəmliyi, "mənim teatrım, mənim otağım, mənim kreslom, mənim mükafatım" və s. kimi sözlər deməsidir. Mən... Mən... Nə qədər "mən" olar? Bu teatra gələn gündən ondan ancaq bunu eşidirik. Ayrıseçkilik, özündən müştəbehlik, əksər hallarda aktyorların bəziləri ilə kobud rəftar. Bu, Akademik Milli Dram Teatrına və xüsusi ilə də bədii rəhbərə yaraşmayan xüsusiyyətdir. Bədii rəhbər aktyorlarını dildə deyil, əməldə sevməlidir. Məsələn, Bələdiyyə Teatrının yaradıcısı rəhmətlik Amaliya Pənahovanın iş prinsipinə nəzər salaq. Onun kollektivi elə də böyük maaş almırdı. Bəzilərinə başqa teatrlardan təklif gəlirdi, amma getmirdilər. Çünki Amaliya xanımın doğma münasibətini görürdülər. Amaliya xanım dünyasını dəyişəndə teatrın aktyorları ağlamaq xətrinə ağlamırdılar. Səmimi, ürəkdən ağlayırdılar, içlərində olan iztirabı bildirirdilər. Bədii rəhbər belə olar. Aktyor nə istəyir? Qayğı və diqqət, hamıya eyni gözlə baxılamasını. Bədii rəhbər küyə getməməlidir, hamıya bir gözlə baxmalı, hamı haqqında öz fikri olmalıdır".
Məsmə Aslanqızı bildirib ki, bədii rəhbərin kollektivdə kimdənsə xoşu gəlməməsi təbiidir:
"Ola bilsin ki, onun məndən xoşu gəlmir. Bu o demək deyil ki, vəzifəsindən sui-istifadə edib kobud rəftar göstərəcək, yaradıcılığıma son qoyacaq. Xeyr, bu cür insan teatrı idarə edə bilməz. Xüsusilə insan özünü əsəbi vaxtda idarə edə, ağzından çıxan sözə hakim ola bilmirsə. Onun dediyi sözləri, təhqirləri dilimə gətirə bilmirəm. Mən utanıram, bədii rəhbərsə utanmır. İclasda çıxış etməmişəm, xəstə idim. Əvvəl getmək istəmədim, sonra getdim bir tərəfdə oturdum və dinlədim. Aktyorlardan bir neçəsi danışdı, onun rəftarı ilə bağlı nazirə fikirlərini bildirdilər".
"2023-cü ildə Teatr forumu keçirilirdi. Həmin vaxt forumda aktyorların bəziləri "bu teatrı ancaq Mehriban Ələkbərzadə qabağa apara bilər" demiş və onun bədii rəhbər təyin edilməsi ilə bağlı mədəniyyət nazirinə təkliflər vermişdilər. Mehriban Ələkbərzadə niyə etimadı doğrulda bilmədi" sualına əməkdar artistin cavabı belə olub:
"Gözləntilər yəqin ki, özünü doğrultmadı. Hamı kənardan yaxşı görünür. Amma içəri gələndə uyğunlaşmaq məsələsi var. Yəqin ki uyğunlaşa bilmədi. Kor-kor, gör-gör... Bunu hamı görür".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"