Yerdən 120 işıq ili uzaqlıqda həyat izləri tapıldı

Yerdən 120 işıq ili uzaqlıqda həyat izləri tapıldıKembric Universitetinin alimləri Günəş sistemindən kənarda həyat əlamətləri aşkar ediblər.

Oxu.Az xəbər verir ki, araşdırmaların nəticələri "Astrophysical Journal"da dərc olunub.

Ceyms Uebb Kosmik Teleskopunun məlumatlarından istifadə edərək, astronomlar dimetil sulfid (DMS) və dimetil disulfidin (DMDS) kimyəvi izlərini - həyatın mövcudluğunu göstərən molekulları müəyyən ediblər. Yer üzündə bu molekullar yalnız canlı orqanizmlərdə - ilk növbədə mikroblarda yaranır.

Molekullar Şir bürcündə Yerdən təxminən 124 işıq ili uzaqlıqda yerləşən "K2-18b" ekzoplanetinin atmosferində aşkar edilib.

"K2-18b" Yerdən ölçüsünə görə 2.6 dəfə böyük, kütləsinə 8.6 dəfə ağırdır və ekspertlər onun okeanla örtülü olduğunu təxmin edirlər. Planetin temperaturu Yerin temperaturuna yaxındır, lakin "K2-18b" o qədər sürətlə fırlanır ki, orada bir il cəmi 33 gün davam edir.

"Bu planet haqqında bildiyimiz hər şeyi nəzərə alsaq, əlimizdəki məlumatlara ən uyğun olan ssenari həyatla dolu okeanı olan hisey (hidrogenli okean) dünyasıdır", - deyə tədqiqata rəhbərlik edən professor Nikku Madhusudhan bildirib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 878   Tarix: 17 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şanslı rənginiz doğulduğunuz həftənin günündən asılıdır

Bəziləri müəyyən rənglərin zinət əşyalarında, geyimdə və ya ev dekorunda istifadəsinin insanın daxili güclərini, keyfiyyətlərini və enerjisini gücləndirə biləcəyinə inanır. bildirir ki, astrologlara görə, insanın doğulduğu həftə günü onun idarəedici planeti ilə, həmin planet isə "uğurlu rəng"l

9 dekabr
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13 dekabr
.

Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir

Mütəxəssislər hesab edir ki, limon, soda və sirkə kimi təbii vasitələrdən istifadə həm sağlamlıq risklərini azaldır, həm də daha ekoloji yanaşmadır. Kimyəvi təmizləyicilər çox vaxt aqressiv maddələrdən ibarət olsa da, limon evdə təmiz, təhlükəsiz və qənaətcil alternativ yaradır. limon vasitəsilə təmizli

9 dekabr
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

9 dekabr
.

Qaraciyərin iltihabına səbəb olan virusu 15 dəqiqə ərzində aşkarlayan üsul tapılıb

ABŞ alimləri qaraciyərin iltihabına səbəb olan hepatit C virusunu cəmi 15 dəqiqə ərzində aşkar edən diaqnostik sistem hazırlayıblar. "The Journal of Infectious Diseases" nəşrinə istinadən xəbər verir ki, bu sürətli diaqnostik proses qaraciyərə təsir edən viral infeksiyanın dərhal təsdiqlənməsin

12 dekabr
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10. Sofite

9 dekabr
.

Evin açarını harada gizlətmək olmaz?

Bir çox ev sahiblərinin seçdiyi açarı gizlətmə nöqtələrini oğrular yaxşı tanıyır və ilk yoxlanılan yerlərdir. xarici mediaya istinadla riskli nöqtələr barədə xəbər verir. Qapıdakı xalçanın altı - ən məşhur və eyni zamanda ən təhlükəli gizlətmə yeri hesab olunur. Poçt qutusu - hər kəs tərəfindən asanlıql

12 dekabr
.

Avstraliyada siam əkizləri üzərində mürəkkəb əməliyyat: Körpələrdən biri sağ qaldı

Papua Yeni Qvineyadan olan siam əkizlərinin üzərində Avstraliyada mürəkkəb bir ayırma əməliyyatı keçirilib. Lakin oğlanlardan yalnız biri sağ qalıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Tom və Savonq adlı əkizlər 9 oktyabrda Morobe əyalətində doğulublar. Onların bədənləri qarı

9 dekabr
.

Qripin dərmanı bu meyvədir! "Portağal və limonu geridə buraxır" - MÜTƏXƏSSİS AÇIQLADI

Qış aylarında mürəbbəyi xatırladan sürpriz meyvə gündəmdə - Mütəxəssislər qızılcığın qripə qarşı güclü qoruyucu təsir göstərdiyini bildirir. Havanın soyuması ilə birlikdə qrip və soyuqdəymə hallarında artım müşahidə olunur. Bu səbəbdən insanlar immuniteti gücləndirmək üçün təbii vasitələrə üz tutur

11 dekabr