Ticarət müharibəsinin zərbə vurduğu ölkə: Vyetnamda qum tükənir
Vyetnamda iqtisadi artım və nəqliyyat infrastrukturunun inkişafı səbəbindən qum tükənir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri məlumat verib.
Məlumata görə, 2018-ci ildə Donald Tramp Çinlə ticarət müharibəsinə başlayıb və bu da zavodların Çindən Vyetnama köçürülməsi ilə nəticələnib. Bu vəziyyət 2024-cü ildə ÜDM-nin (Ümumi Daxili Məhsul) 7%-ə qədər artdığı bu ölkədə iqtisadi yüksəlişə səbəb olub.
Lakin istehsalın artması nəqliyyatda problemlərə yol açıb. Bu problemlərin həlli məqsədilə Vyetnam hökuməti yolların genişləndirilməsi və yeni marşrutların yaradılması üçün irimiqyaslı infrastruktur layihələri həyata keçirməyə başlayıb. Tikinti üçün isə əsas resurs olaraq Kamboca qumu istifadə olunub.
Amma indi Vyetnamda qum qıtlığı yaşanır. Qum çaylardan çıxarılır, lakin bir sıra sahillərin çökməsi nəticəsində evlərin dağılmasına və yerli sakinlərin etirazlarına səbəb oldu. Buna görə də, hakimiyyət sənayenin tənzimlənməsi ilə bağlı qaydaları sərtləşdirib.
"Magistral yol layihələrini təmin etmək üçün qum hasilatını genişləndirmək çətindir, çünki hökumət bu sənaye sahəsini daha ciddi şəkildə tənzimləyir," - deyə Hanoydakı RMIT Universitetinin infrastruktur üzrə mütəxəssisi Xunq Nguen bildirib.
Hasilatın genişləndirilməsi ilə bağlı həll yollarını axtaran Vyetnam səlahiyyətliləri keçən il Mekonq çayından qum almaq üçün Kambocaya müraciət ediblər. Kambocanın qum idxalı 2023-cü ildə üç dəfə, 2024-cü ildə isə iki dəfə artıb.
İndi Vin-Sıonq şəhəri hər gün yüzlərlə barj qəbul edir. "Planet Labs" və "Maxar Technologies"in peyk görüntülərinə görə, 2020-ci ilin fevralında orada 83 barj olduğu halda, 2024-cü ilin 9 mart tarixində bu rəqəm 385 barja çatıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 721 Tarix: 17 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi
Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla
12 dekabrNə şama ehtiyac var, nə lampaya - 10 gün yanır - VİDEO
İşıqlar sönübsə, evdə də şam yoxdursa, effektiv, ancaq təhlükəli üsul var. bildirir ki, armudu stəkana biraz düyü töküb, üzərinə su, sonra da duru yağ əlavə edib, qulaq çöpü batıraraq yandırmaq mümkündür. Eksperimenti edən şəxsin iddiasına görə bu üsulla alov 10 günə qədər davam edə bilər. Qeyd edə
13 dekabrKartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?
Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı
13 dekabrKeçmiş sevgilisindən aldığı hədiyyələrin pulunu istədi, məhkəməlik oldu
Rusiyanın Bryansk vilayətində verdiyi hədiyyələri sevgilisindən geri almaq istəyən 30 yaşlı kişiyə hökm oxunub. yerli mediaya istinadla bildirir ki, ayrılıqdan əsəbiləşən kişi sevgilisinə aldığı bütün hədiyyələrin qiymətini hesablayıb. Onun fikrincə, xərclərin ümumi məbləği 33 min rubl təşkil edib. İva
9 dekabrƏn bahalı 10 Yeni il şam ağacı - SİYAHI
Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10. Sofite
9 dekabr