"O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi..." - Video
"Hadisə baş verəndə gedib gördük ki, Pərviz müəllim də oradadır. Ondan əlavə çox adam var idi. Bizi oradan uzaqlaşdırdı ki, sel bizi də aparar".
"Qafqazinfo"nun məlumatına, bu barədə aprelin 16-sı Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində həlak olan tikinti sahəsinin rəisi Pərviz Həyatullayevin yanında olan işçilər bildiriblər.
"Pərviz müəllim bir başçı idi. Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi, xilas etmək istədi", - deyə, onlar söyləyiblər.
İş yoldaşları hadisənin baş verdiyi yerdə onu anıb. Mərhumun ruhuna dualar oxunub, şəkli önünə gül dəstələri qoyulub.
Xatırladaq ki, podratçı şirkətin iki əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. Bu zaman onların digər iş yoldaşları ekskavator vasitəsilə həmin əməkdaşları xilas etməyə çalışıb və P. Həyatullayev də ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib. Bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər. Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
42 yaşlı P. Həyatullayev ötən gün Binəqədi qəbiristanlığında dəfn olunub. O, 4 uşaq atası idi.
Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 750 Tarix: 18 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir neçə şirkətlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisidlərin satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalib
12 yanvarBakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı - 90 qəpik olur
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, 594 və 595 nömrəli marşrutlar artıq əsa
13 yanvarSürücülərə vacib XƏBƏRDARLIQ - Yollarda duman olacaq
Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bu barədə -a idarədən məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə respublika ərazisində hava şəraitini
13 yanvarŞamaxıdakı zəlzələ Bakıda ola bilər?
Şamaxıda qeydə alınan zəlzələlər əhali arasında narahatlıq yaradıb. Belə ki, ayın 10-da baş verən 3,8 bal gücündə zəlzələ hiss edilsə də, dağıntı qeydə alınmayıb. Bu gün isə 3 bal gücündə növbəti zəlzələ baş verib, lakin yeraltı təkan hiss olunmayıb. Vətəndaşlar Bakıda və ətraf bölgələrdə təkanları
12 yanvarƏlətə su çəkiləcək
Ələt Azad İqtisadi Zonasının perspektiv inkişafı nəzərə alınmaqla dayanıqlı su təminatı həyata keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərini
12 yanvar"Mirzəzadə" Beauty Center-də müştəriləri aldadırlar-Video
Bu salonun açıq-aşkar qeyri-etik qazanc sxemi mövcuddur. "Endirim" adı altında Instagram-da reklam edərək müştəriləri salona cəlb edirlər. Lakin müştəri salona çatdıqda qarşısına tamamilə fərqli, həddindən artıq yüksək qiymətlər çıxarılır. Bu sözləri jurnalist Fəridə Nizamiqızı Instagram hesabınd
12 yanvarXəzər dənizindəki gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Bu barədə -a agentlikdən məlumat verilib. Xəbərdarlığa əsasən, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarı
13 yanvar