"Meyvəyə dəymə" deyən molla Namiq Qaraçuxurlunun QARDAŞI İMİŞ - FOTO

"Meyvəyə dəymə" deyən molla Namiq Qaraçuxurlunun QARDAŞI İMİŞ - FOTO"Mən aktyor sənətinin təhsilini almamışam. Amma uşaqlıqdan, məktəb vaxtlarımdan bu sənətə həvəsim olub. Sənədlərimi universitetə vermək istədim, amma Birinci Qarabağ müharibəsi başladı. Ona görə də hərbi xidmətə gedəsi oldum. Düşünürdüm ki, vətənin çətin günündə mən yalnız onu qorumalıyam, sənətlə məşğul ola bilmərəm. Hərbidən qayıdandan sonra heç bir həvəs qalmadı. Əlbəyaxa döyüş növü üzrə müəllim işlədim. İdmanla məşğul idim".

Bunu Medianews.az-a açıqlamasında aktyor Anar Şükürov deyib.

O daha sonra bu sənətə təsadüfən gəldiyini bildirib:

"Aktyor olmazdan öncə şəxsi biznesimlə məşğul olurdum. 2017-ci ildə aktyor Cövdət Şükürov, rejissor Anar Əliyevin dəstəyi ilə Atv-də yayımlanan "Ögey ana" serialında çəkildim. Daha sonra "Təhminə və Zaur", "Könül yarası" seriallarında rol aldım. Emil Quliyevin "Sonuncu Pərdə" filmindəki molla obrazı ilə məşhurlaşdım. Orada işlətdiyim "meyvəyə dəymə" ifadəsi bütün sosial şəbəkələrdə yayıldı. Bundan sonra bir sıra serial və filmlərə, "Komedixana"-ya dəvət aldım.

Mənə bu sahədə dəstək olan insanların hər birinə təşəkkür edirəm. Gec də olsa arzularım həyata keçməyə başladı. Bir çoxları deyirdi ki, bu sənətin təhsilini də al. Əlbəttə ki, vaxtında istərdim, amma artıq yaşım o yaş deyil. Bu yaşımda əlbəttə ki, parta arxasında otura bilmərəm.

Böyük sənətkarlarla tərəf müqabili oluram, onlardan çox şey öyrənirəm. Hətta efir vasitəsilə də izlədiyim aktyorlardan çox şey götürürəm. Həm dram, həm də komik rollarda çəkilirəm. Hər ikisi məndə yaxşı alınır".

Anar Şükürov bildirib ki, o meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun doğma qardaşıdır. Lakin heç vaxt onun adından istifadə etməyib:

"Namiq mənim təkcə qardaşım deyil, həm də fəxrimdir. Məndən 3 yaş kiçik olsa da başımın tacıdır. Elə bilmişəm ki, mən kiminsə yanında desəm ki, Namiq Qaraçuxurlunun qardaşıyam, o fikirləşər ki, mən yekəxanalıq edirəm, adından istifadə edirəm. Mən onları bacaran insan deyiləm. İndiyə qədər də Namiqin adını çəkməməyim sırf bununla bağlıdır. Adamlar var ki, bir balaca işıq üzü görünən kimi o dəqiqə yararlanırlar. Bu adamlara fürsətcil insan deyirlər. Namiqin qardaşı olmağımı efirdə Mətanət Əliverdiyeva və Elcan Rəsulov deyiblər".

Anar Şükürov deyir ki, qardaşı ilə çox gözəl münasibəti var. Hətta ilk debütünü onun klipində edib:

"Namiqlə bizim çox yaxşı münasibətimiz var. Onun prodüseri mənim oğlum İlkindir. İşlərimizlə əlaqədar olaraq tez-tez görüşə bilməsək də, danışırıq da, vaxtaşırı görüşürük də. Bəlkə də hansısa seriala yaxud filmə məni Namiqə görə çağırıblar. Amma mən bunu bilməmişəm. Birinci dəfə Namiqin "Papanın gül balası" klipində çəkilmişəm. Elə ilk dəstəyi də mənə Namiq göstərib.

Hətta oğlum da həmin klipdə rol alıb. O vaxt "Ay Zaur" verilişində bir neçə dəfə Namiqlə birlikdə çıxış etmişəm. Bir yerdə görünməyimiz qətiyyən problem deyil. İlk dəfə seriala çəkiləndə də Namiqdən məsləhət almışam. Mənə deyib ki, bacarırsansa çəkil, bacarmırsansa bu sənətlə məşğul olma. Sonra özü də baxıb, deyib ki, əladır, davamı gəlsin. O mənə desəydi ki, çəkilmə, o dəqiqə imtina edərdim. Namiq 100 ölçüb, bir biçən insandır. Heç vaxt anında nəyisə deməz, düşünüb-daşınar, sonra deyər".

"Meyvəyə dəymə" deyən molla Namiq Qaraçuxurlunun QARDAŞI İMİŞ - FOTO"Meyvəyə dəymə" deyən molla Namiq Qaraçuxurlunun QARDAŞI İMİŞ - FOTO"Meyvəyə dəymə" deyən molla Namiq Qaraçuxurlunun QARDAŞI İMİŞ - FOTO


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1567   Tarix: 20 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr
.

"Belə valideynləri qınayıram"

Xalq artisti Miri Yusif valideynlərə müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:. "Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizini

7 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi

Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır

18 sentyabr
.

Gülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı

Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"

14 sentyabr
.

Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur

23 sentyabr
.

"Mənim yeganə övladım olaraq qalacaqsan"

Xalq artisti Yusif Eyvazov keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiaqonun doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi onunla bağlı paylaşımında onun hər zaman özünün yeganə övladı olaraq qalacağını vurğulayıb. "Kaş bu dünya dəyişməsəydi, sə

5 sentyabr
.

Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO

Müğənni Vəfa Şərifovaya həyat yoldaşı tərəfindən bahalı hədiyyə təqdim olunub. xəbər verir ki, sənətçiyə hədiyyə edilən lüks saatın qiymətinin 12 min avro, yəni təxminən 24 min manat olduğu bildirilir. Dəyəri ilə diqqət çəkən saat sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub

5 sentyabr