"Kənd toyuğudur" deyib əhalini necə aldadırlar? - İşbazların tələlərinə düşməməyin YOLLARI

"Kənd toyuğudur" deyib əhalini necə aldadırlar? - İşbazların tələlərinə düşməməyin YOLLARIBazarlarda, metro çıxışlarında kənd toyuğu adı altında satılan məhsulların sayı artıb. İnsanların əksəriyyəti daha baha olsa da, bu məhsulu almağa üstünlük verir. Lakin son dövrlərdə işbazlar bu sahədə də alıcıları aldadırlar. Belə ki, bəzi satıcılar kənd toyuğu adı ilə insanlara broyler toyuqları satırlar. Bəs vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər?

Sonxeber.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Broyler bir aya yetişir, kənd toyuğu dörd aya

Qida təhlükəsizliyi eksperti İlkin Şirinov broyler və kənd toyuqlarının tamamilə fərqli şərtlər altında yetişdirildiyini vurğuladı: "İnsanlar kənd və broyler toyuğunu rənginə görə ayırırlar. Çünki broyler toyuqları təbii yemlə qidalanmır. Kənd toyuqları 3-4 aya yetişir. Bu müddət ərzində 1.5 kiloqrama qədər inkişaf edə bilir. Broyleri kənd toyuğu qədər saxlamaq fermerlərə sərf etmir. Artıq saxladıqda artıq yem verməlidirlər. Bu isə büdcələrinə ziyandır". Ekspert bildirir ki, broyler toyuqlarının qidalanmasında kimyəvi qatqılı xüsusi kökəldici yemlərdən istifadə olunur. Həmin qidalarla yemlənən toyuqlar qısa müddətdə, maksimum bir aya süni şəkildə şişirdilir: "Kəsildikdən sonra xüsusi soyutma sistemlərində az buzlu halda etiketlənir və satış obyektlərinə çatdırılır. Kənd toyuğu isə daha uzun müddət saxlanılır. Günəş və torpaqla əlaqədə olurlar. Bu səbəbdən də broyler toyuqlarının bədənlərində olan su qalıqları kənd toyuqlarında müşahidə edilmir".

Dərisi sarı və qabarıq olur

İ.Şirinovun sözlərinə görə, diqqətlə baxdıqda broyler və kənd toyuqlarını asanlıqla ayırd etmək mümkündür: "Broyler toyuqlarının ayaqlarını xüsusi sarıköklü və ya sarı kimyəvi maddəli suda bir müddət saxladıqdan sonra kənd toyuğu adı ilə insanlara satırlar. Lakin kənd toyuğunun təbii sarılığı ilə sonradan rəngi dəyişdirilən toyuq arasında fərqi gözlə görmək mümkündür. Kənd toyuğunu bişirdikdə dadı və ətinin yapışqanlığı onu müəyyən etməkdə kömək olur".

Ekspertin sözlərinə görə, kənd toyuğunun dərisi günəş işığından gələn D vitamini ilə zəngin olduğundan broyler toyuğuna nisbətən daha qabarıq və qalın olur. Amma broyler toyuğunda dəri salfet kimi nazikdir: "Kənd toyuğunun özünəməxsus qoxusu var. Bu qoxu broyler toyuqlarında olmur. İnsanlar sağlamlıqlarının qeydinə qalmaq istəyirlərsə, toyuğu diri formada almaları daha məqsədəuyğundur. Bu zaman heç bir şübhə, risk də olmayacaq".

"İşbazlar üçün insan sağlamlığı ikinci plandadır"

Ekspertin fikrincə, belə halların qarşısının alınması üçün xüsusi mexanizm olmalıdır. İşçi qrup yaradılmalı və məhsulun həqiqiliyi ayırd edilməlidir ki, insanlar işbazların qurbanına çevrilməsinlər: "Bazarlarda və digər iaşə müəssisələrində tək toyuqlarda deyil, digər ət məhsullarında da belə fırıldaqlar mövcuddur. Bununla bağlı reydlər keçirilməlidir. Çünki işbazlar üçün insan sağlamlığı ikinci plandadır. Broyler toyuqlarına vurulan maddələr ürək-damar xəstəliklərinə, hətta xərçəng riskinə səbəb ola bilər".

İ.Şirinov insanlara tövsiyə etdi ki, bilmədikləri yerlərdən belə məhsulları əldə etməsinlər: "Bu məhsulların açıq şəkildə insanların sıx yerləşdiyi yerlərdə satılması heç də düzgün deyil. Üzərindən heç bir markalanma olmayan məhsulu almaq göz görə-görə sağlamlığımızı riskə atmaq deməkdir. Çünki bu məhsulların açıq havada, qadağan edilən temperaturda satışı yolverilməzdir".

"Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, toyuqlar əsasən üç cür şəraitdə yetişdirilir: "Birincisi tam azaddır. Səhər hindən buraxılır, bir də axşam hinə doldurulur. Üstəlik, onlar buğda və arpa ilə də qidalanırlar. İkincisi yarı azad toyuqlardır. Hansı ki, hasar daxilində olsalar da, açıq havada olurlar. Onlara həm broylerlərin, həm də azad toyuqların yediyi yemlər verilir. Üçüncü isə tam qapalı şəraitdə saxlanılan broyler toyuqlarıdır. Onları tez yetişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir. Onlar da insan orqanizmi üçün zərərlidir".

Yaşlı toyuqlar da kənd toyuğu adı altında satılır

E.Hüseynovun sözlərinə görə, bəzən şəhərdə biri üç manata toyuqlar satılır. Həmin toyuqlar yumurtadan kəsilən toyuqlardır, əti çox bərk olur: "İşbazlar da bundan istifadə edərək, onu kənd toyuğu adı ilə insanlara satırlar. Bişirəndə kənd toyuğuna bənzəyir. Amma əslində satışa verilməməlidir. Kənd toyuqlarının əti və sümüyü daha möhkəm olur. Broyler toyuğu şişmiş və ətli olduğu üçün sümükləri daha yumşaqdır".

Sədrin fikrincə, insanlar bu kimi hallarla qarşılaşdıqda müvafiq orqanlara məlumat verməlidir: "Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycan əmtəə bazarında satılan bütün qida məhsulları paketlənməli, üzərində etiketi, buraxılma tarixi və sair bu kimi məlumatlar olmalıdır. İnsanlara tövsiyə edirəm ki, kənd toyuqları adı ilə satılan broyler toyuqları gördükdə bu barədə Qida Təhlükəsizliyi Agentliyinin "Qaynar xətt"inə məlumat versinlər".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1006   Tarix: 20 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021