Cənubi Koreya ABŞ-yə tariflərlə cavab verməyəcək

Cənubi Koreya ABŞ-yə tariflərlə cavab verməyəcəkKoreya Respublikası (KR) ABŞ-nin ötən əsrdə ölkəyə göstərdiyi yardıma görə minnətdarlıq məqsədilə bu ölkə mallarına cavab rüsumları tətbiq etməyəcək.

"Report"un xəbərinə görə, bunu Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən baş nazir Xan Dok Su Böyük Britaniyanın "Financial Times" (FT) qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Koreya Müharibəsindən sonra texnologiya transferi, investisiya və təhlükəsizlik zəmanəti şəklində ABŞ yardımı respublikaya xarici investisiyalar üçün cəlbedici mühit yaratmağa kömək edib.

"Sənaye və maliyyə inkişafındakı nailiyyətlərimiz, mədəniyyətimiz, böyüməmiz və sərvətimiz əsasən ABŞ-nin köməyi ilə bağlıdır", - Xan Dok Su deyib.

Onun fikrincə, Koreya hökuməti ABŞ-nin tədbirlərinə qarşı mübarizə aparmaq barədə düşünməkdənsə, danışıqlar yolu ilə qarşılıqlı faydalı həll yolu tapmağa çalışmaq niyyətindədir.

Siyasətçi danışıqlara baxmayaraq, milli iqtisadiyyatın müəyyən sektorlarının bəzi problemlər yaşaya biləcəyini etiraf edib. Lakin o, ikitərəfli ticarətin daha geniş liberallaşdırılmasının Koreya xalqının rifahının yaxşılaşdırılmasına kömək edəcəyini bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazinin mallarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. Koreya Respublikası ilə ABŞ arasında azad ticarət sazişi mövcuddur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 767   Tarix: 20 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq

İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy

22 sentyabr
.

Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır

Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d

23 sentyabr
.

Buker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı

Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi

23 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

İlk Homo sapiensin üzü necə görünürdü?

Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf

22 sentyabr
.

İran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib

İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların

21 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

ABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər

22 sentyabr
.

Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi

Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd

23 sentyabr