İran XİN: "Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planınına qayıtmaq niyyəti yoxdur"
2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) artıq İran üçün keçmişdə qalmış bir təcrübədir və bu sazişə qayıtmaq niyyətində deyillər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı İtaliyanın paytaxtı Roma şəhərində ABŞ ilə danışıqların ikinci raundundan sonra məlumat verib.
"Biz açıq şəkildə bildirdik ki, İranda çoxları artıq JCPOA-nı bizim üçün uğurlu anlaşma hesab etmirlər. Onlar üçün bu sazişdən qalan yeganə şey çıxarılmış dərsdir. Şəxsən mən də bununla razıyam", - deyə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Əraqçının sözlərinə görə, hazırda bu danışıqların gələcəyi ilə bağlı müəyyən nikbinlik mövcuddur. O əlavə edib ki, gələcək sazişin çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə olunub.
Qeyd edək ki, ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə aparılan dolayı danışıqların ikinci raundu aprelin 19-da keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 427 Tarix: 20 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Süni intellekt 3D modellərdə teksturanı "hiss etməyi" öyrəndi
ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri süni intellektin imkanlarını bir addım da irəli apararaq 3D modellərə təkcə görüntü deyil, toxunma hissi də qazandıran yeni sistem - "TactStyle"ı yaradıblar. xəbər verir ki, bu barədə elmi məqalə "arXiv" platformasında dər
18 mayKim Çen In ordunu müharibəyə hazır olmağa çağırıb
KXDR lideri Kim Çen In Hərbi Hava Qüvvələri eskadrilyalarının döyüş təlimlərinə rəhbərlik etdiyi Koreya Xalq Ordusunun 1-ci Qvardiya Hərbi Hava Qüvvələri diviziyasının aviasiya alayına baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Qeyd olunu
18 mayTikTok fenomeni canlı yayımda qətlə yetirildi
Meksikada sosial şəbəkələrdə makiyaj videoları ilə məşhurlaşan 23 yaşlı TikTok fenomeni Valeria Markes canlı yayım zamanı silahlı hücuma məruz qalaraq həyatını itirib. Hadisə ölkədə geniş rezonans doğurub. Yerli medianın məlumatına görə, qətldə əsas şübhəli Markesin sevgilisi olduğu iddia edilən və "Dobl
18 mayHakan Fidan sabah Səudiyyə Ərəbistanına gedəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 18-də Səudiyyə Ərəbistanına gedəcək. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, nazir Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının ikinci iclasında iştirak edəcək
17 mayXamenei ABŞ Prezidenti Donald Trampı yalan danışmaqda ittiham etdi
İranın Ali Lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampı yalan danışmaqda ittiham edib. "Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, bu barədə o, ölkədəki bir qrup müəllimlə keçirdiyi görüşdə çıxış zamanı bəyan edib. Xamenei Trampın son günlərdə ərəb ölkələrinə səfər
17 mayMərakeş Dəməşqdəki səfirliyinin işini bərpa etmək niyyətindədir
Mərakeş kralı VI Məhəmməd krallığın Suriyada səfirliyini yenidən açmaq niyyətində olduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. Məlumata görə, monarx bu qərarını Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraaya ünvanladığı məktubda bildirib. Məktub
18 may