Sevimli musiqini dinləyərkən beyində hansı dəyişikliklər baş verir?
Yeni nevroelmi araşdırma musiqinin beyindəki opioid sistemini aktivləşdirdiyini nümayiş etdirərək musiqidən alınan həzzin neyrobioloji əsaslarını daha dərindən anlamağa töhfə verib.
Lent.az xəbər verir ki, Finlandiyanın Turku PET Mərkəzində aparılan tədqiqatın nəticələri "Avropa Nüvə Təbabəti və Molekulyar Görüntüləmə" jurnalında dərc olunub.
Araşdırmada iştirakçılar sevimli musiqilərini dinləyərkən onların beyinlərində opioidlərin sərbəst buraxılması pozitron emissiya tomoqrafiyası (PET) ilə ölçülüb. Paralel olaraq, funksional maqnit rezonans görüntüləmə (fMRI) metodu vasitəsilə opioid reseptorlarının sıxlığının beyin aktivliyi üzərindəki təsiri araşdırılıb.
Əldə olunan nəticələr göstərib ki, sevimli musiqi dinləmək həzlə əlaqəli beyin bölgələrində opioidlərin salınmasını stimullaşdırır. Opioidlərin sərbəst buraxılması eyni zamanda iştirakçıların emosional və fiziki reaksiya ilə əlaqələndirilib. Həmçinin məlum olub ki, iştirakçılarda opioid reseptorlarının sıxlığı nə qədər yüksəkdirsə, musiqi dinləmə zamanı beyində qeydə alınan aktivlik də bir o qədər güclü olur.
Turku Universitetinin əməkdaşı Vesa Putkinen tədqiqatla bağlı bildirib: "Bu nəticələr ilk dəfə olaraq musiqi dinləməyin beynin opioid sistemini aktivləşdirdiyini sübut edir. Bu sistemin aktivləşməsi musiqinin, qida və ya cinsi fəaliyyət kimi sağ qalmaq üçün əsas zəruri olmasa da, niyə bu qədər güclü həzz hissi oyatdığını izah edə bilər".
Turku Universitetinin professoru Lauri Nummenmaa əlavə edib ki, beynin opioid sistemi ağrıların idarə olunmasında da mühüm rol oynayır: "Tapıntılarımız musiqinin ağrıkəsici təsirinin, onun opioid sisteminə təsiri ilə əlaqəli ola biləcəyini göstərir".
Bu tədqiqat musiqidən alınan həzzin beyin kimyası ilə necə tənzimləndiyini ortaya qoymaqla yanaşı, musiqiyə əsaslanan terapevtik müdaxilələrin (xüsusilə ağrıların idarə edilməsi və psixi sağlamlıq pozuntularının müalicəsi sahəsində) inkişafı üçün də mühüm elmi əsaslar yaradır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 707 Tarix: 20 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gənc qızın küçənin ortasında etdiyi rəqs tənqidlərə səbəb oldu - VİDEO
Son dövrlərdə xüsusilə xarici ölkələrdə populyarlaşan küçədə rəqs videoları Türkiyədə də gündəm mövzusuna çevrilib. xarici mediaya istinadən xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə gənc bir qadının İstanbul küçələrindən birində musiqi sədaları altında rəqs etdiyi və ətrafdakı insanları
7 mayYer kürəsi niyə yarıya bölünəcək? - Alimdən maraqlı açıqlama
Sakit okeanda, Vankuver adası sahillərində Şimali Amerika tavasının altına Xuan-de-Fuka və Eksplorer plitələrinin çökməsi (subduksiya) prosesi hazırda qeyri-adi şəkildə davam edir. Bu geoloji dəyişiklik uzaq gələcəkdə planet üçün ciddi təhlükələr yarada bilər. xəbər verir ki, bu barədə "LAD Bible"
6 mayNevroloq beyin sağlamlığı üçün ən əlçatan üsulu açıqladı
"Xarici dillərin öyrənilməsi beyin sağlamlığını qorumağın ən əlçatan yollarından biridir". xəbər verir ki, bu barədə nevroloq Qalina Çudinskaya -ya açıqlamasında bildirib. Həkim izah edib ki, insan beyni plastikdir: yüklənmə təsiri altında o, idman zalında məşq edən əzələlər kimi fiziki olara
4 mayƏkizdirlər, amma doğma bacı deyillər
İngiltərədə yaşayan əkiz bacılar Mişel və Laviniya Osborn həyatlarını alt-üst edən bir DNT testi ilə üzləşiblər. xarici mediaya istinadən xəbər verir ko, bir neçə dəqiqəlik fərqlə eyni anadan doğulsalar da, bacıların fərqli ataları olduğu məlum olub. Bu nadir hadisə tibbdə "heteropaternal superfekundasiya"
4 mayEv şəraitində cavanlaşmağın sadə üsulu tapılıb
Qadınlar ev şəraitində tətbiq edilə bilən sadə cavanlaşma üsulu tapıblar. xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə viral olan bu üsula "The New York Post" diqqət çəkib. Belə ki, bloqerlər "liftinq effekti" yaradan pulsuz üsulu nümayiş etdirirlər. Vizajist Fro Moni
4 mayDəfndə müzakirə yaradan GÖRÜNTÜ - FOTO
Dəfn mərasimində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, hadisə zamanı mərhumun torpağa tapşırılması üçün qəbiristanlığa toplaşan insanlar gözlənilməz anlarla üzləşiblər. Belə ki, qəfil şəkildə əraziyə vəhşi heyvanın daxil olub. Bu vəziyyət iştirakçıla
3 may