"Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir" - DEPUTAT

"Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir" - DEPUTAT"Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Hələ 20-ci əsrin əvvəllərində və ortalarında Sovet Sosialist Respublikasının tərkibinə daxil olan ölkələrin ictimai-siyasi həyatında dil məsələsi olduqca böyük problemlə üzləşirdi. Milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilirdi. Hətta 30-cu illərdə dil məsələsini gündəmə gətirənlərin aqibəti Sibirə sürgün olunma ilə nəticələnirdi. Ana dilinin tətbiqi və istifadəsində əziyyət çəkən ölkələrdən biri də Azərbaycan idi. Tarixi köklərə söykənən ana dilimizin mövcud olmasına baxmayaraq, həmin dövrün ziyalıları dilimizdən istifadə edilməsinə və bu məsələnin gündəmə gətirilməsinə cəsarət belə etmirdilər".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, bütün çətinliklərə və dilimizin unutdurulmasına baxmayaraq, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur:

"Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olunmuşdur. Ümumiyyətlə, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Ulu Öndər Dövlət dili uğrunda durmadan mübarizə apararaq, xalqı ana dilinin dövlət dili kimi tanınması uğrunda mübarizəyə cəlb etməyə çalışırdı. Azərbaycanın dilçi alimlərinə yüksək diqqət və qayğı göstərməklə, milli dildə nəşr edilən kitabların tirajlarının artırılmasına şərait yaratmaqla və bu kimi tədbirlər görməklə ana dilimizin daha da inkişaf etdirilməsinə səy göstərirdi. Ulu Öndər bütün bu təqdirəlayiq əməlləri ilə əslində ana dilimizin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Ana dili uğrunda çox mücadilələrdən sonra nəhayət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin yarandığı bir dövrdə, Heydər Əliyevin bu istiqamətdə atdığı doğru addımlar dilimizin inkişafına, sərbəst istifadəsinə və bütün dünyada tanınmasına zəmin yaratdı. Ümummilli Liderin tələbi ilə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.Müstəqilliyimiz dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən ana dilimizlə bağlı bir çox Fərmanlar imzalanmışdır".

Deputat onu da vurğuladı ki, Ulu Öndər tərəfindən imzalanmış bütün bu Fərman və Qanunlar müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır:

"İlk olaraq, 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzalamışdır. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Bundan sonra həmin ilin 9 avqust tarixində imzalanmış "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Daha sonra 2002-ci il 30 sentyabr tarixində "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

26 noyabr 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Ümummilli Lider Heydər Əliyev öz nitqində dilimiz barədə "Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik" fikirini bildirməklə, ana dilimizə nə qədər çox bağlı olduğunu, onu sevdiyini və hər zaman dilimizlə qürür duyduğunu xalqa çatdırmışdır.

Gənc nəslin nümayəndəsi olaraq biz də bu gün Ümummilli Lider Heydər Əliyevin ana dilimiz barəsində verdiyi tövsiyələrə əməl edərək, dilimizin qorunması, inkişafı və daha da zənginləşməsi istiqamətində onun yolunu davam etdirərək, ana dilimizin bütün dünyada tanınması, özümüzdən sonra gələn nəsilə tam dolğun formada çatdırılması və onlara sevdirilməsi üçün yorulmadan çalışmalıyıq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1486   Tarix: 22 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr