"Cəhənnəm"in peyki? Göydən dəmir yağan planet aşkarlandı
Yerdən 900 işıq ili məsafədə, elmi fantastika filmindən çıxmış səhnəni xatırladan bir ekzoplanet - WASP-121b kəşf edilib. Bu, sadəcə olaraq isti qaz nəhəngi deyil, əsl hava kabusudur, çünki planetdə dəmir gündüz saatlarında buxarlanır, gecə isə yağış kimi tökülür.
Oxu.Az-ın verdiyi məlumata görə, kəşf Çilinin Atakama səhrasında yerləşən "Very Large Telescope" (VLT) rəsədxanasının köməyi ilə bir qrup astronom tərəfindən edilib. Tədqiqatın nəticələri "Live Science" nəşrində dərc olunub.
İki üzlü planet
WASP-121b öz ulduzuna o qədər yaxındır ki, oradakı bir il cəmi 30 Yer saatına bərabərdir. Planet hər zaman ulduzuna eyni üzü ilə dönür və gündüz ilə gecə tərəfləri arasında temperatur fərqi son dərəcə böyükdür. İsti tərəfdə dəmir və digər metallar buxarlanır, qaranlıq tərəfdə isə buxar maye halında yağış kimi yerə düşür.
Yerdə görünməmiş qasırğalar
Ekzoplanetin atmosferi hətta mütəxəssisləri də heyrətləndirib. Nitsa Rəsədxanasından Culiya Viktoriya Zeydelin sözlərinə görə, WASP-121b-də baş verən hava proseslərinin Günəş sistemində analoqu yoxdur. Yer səthindəki ən dağıdıcı qasırğalarla müqayisədə burada küləklər bir neçə dəfə daha güclüdür. Atmosfer axınları buxarları ekvator boyunca sürükləyir, başqa bir axın isə onları gündüz tərəfindən gecə tərəfinə daşıyır.
Bu, hələ hamısı deyil: ekzoaydan natrium buludu
Alimlər WASP-121b-ni araşdırdıqları müddətdə onların həmkarları 635 işıq ili uzaqlıqda yerləşən başqa bir maraqlı sistem - WASP-49b üzərində uzunmüddətli tədqiqatı başa çatdırıblar. Son məlumatlara əsasən, burada vulkanik aktivlik göstərən bir ekzoay tərəfindən yaradılmış böyük natrium buludu aşkar edilib.
Əvvəllər natriumun mənbəyi kimi elə ekzoplanetin özü hesab olunurdu. Lakin tullantıların miqdarı saniyədə 100 min kiloqrama çatır ki, bu da planetin və onun ulduzunun təbii resursları ilə izah oluna bilməz. Alimlərin fikrincə, yeganə məntiqli izah - hələlik birbaşa müşahidə edə bilmədiyimiz "cəhənnəm kimi" bir peykin mövcudluğudur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1327 Tarix: 24 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabr