Geoloqlar zəlzələlərin xəritəsini yenidən çəkirlər - Köhnə modellər artıq işləmir

Geoloqlar zəlzələlərin xəritəsini yenidən çəkirlər - Köhnə modellər artıq işləmirZəlzələ deyəndə əksərimizin ağlına dərhal bir xətt üzrə sürüşən zəlzələ qırığı gəlir. Sanki yerin alt qatında nazik bir xətt boyunca hərəkət baş verir. Amma elm adamları deyir ki, bu təsəvvür artıq keçmişdə qalmalıdır.

Yeni araşdırmalar göstərir ki, zəlzələ zonaları dar çatlar deyil, yüzlərlə metrə qədər uzanan, mürəkkəb və həcmi olan quruluşlardır. Bu isə o deməkdir ki, zəlzələlərə yanaşma tərzimizi yenidən düşünməliyik.

Oxu.Az-ın pravda.ru-ya istinadla verdiyi məlumata görə, bu nəticələr Amerika Seysmologiya Cəmiyyətinin illik toplantısında müzakirəyə çıxarılıb. Toplantıda əsas sual belə olub: "Qırılma zonaları, əslində, nə qədər genişdir?"

Cavab isə gözləniləndən daha mürəkkəb çıxıb.

Türkiyə, Kaliforniya və digər seysmik zonalarda aparılan analizlər göstərib ki, bir zəlzələ tək bir qırılmanı yox, bir neçə paralel və şaxələnmiş qırılma xəttini əhatə edə bilər. Başqa sözlə, bir zəlzələ çoxsaylı qırılma xətlərini "oyada" bilər.

Bu qırılma zonalarının eni Kaliforniyada tikinti üçün qadağan olunmuş Alkquist-Priolo təhlükəsizlik dəhlizləri ilə müqayisə edilə bilər.

Nevada Seysmologiya Laboratoriyasının gənc tədqiqatçısı Kristi Rou deyir:

"Bir zəlzələ geniş bir qırılma şəbəkəsinin böyük bir hissəsini hərəkətə gətirə bilər".

Digər maraqlı məqam isə dar - cəmi 2-10 metr enində olan sürüşmə zonaları ilə bağlıdır. Bu zonalar əvvəlcə sadəcə bir güclü təkanın nəticəsi kimi görünə bilər. Amma əslində, onlar bəzən əsas zəlzələdən sonra səssiz və təkan olmadan baş verən hərəkətlərin izləridir. Bu isə o deməkdir ki, keçmiş zəlzələlər bəlkə də tamam fərqli şəkildə baş verib, nəinki əvvəl düşündüyümüz kimi.

"Əgər 2014-cü ildə Kaliforniyanın Napa şəhərində baş vermiş zəlzələ min il əvvəl baş versəydi, biz bütün yerdəyişmələri tək bir güclü təkanla əlaqələndirərdik", - deyə Rou qeyd edir.

Araşdırma peyklərdən əldə olunan məlumatlar, sahə müşahidələri və süxur qatlarındakı deformasiyalar üzərində qurulub. Nəticə isə aydındır: ikiölçülü (2D) modellər artıq reallığı əks etdirmir.

"Qırılma sadəcə düz bir xətt deyil. Bu, sürtünən, deformasiyaya uğrayan və müqavimət göstərən bir süxur kütləsidir. Və bu amillər zəlzələnin gücünə və necə hiss olunacağına birbaşa təsir edir", - deyə Kristi Rou əlavə edib.

Bu yeni baxış, təkcə gələcək zəlzələlərin proqnozlaşdırılmasında deyil, keçmişdə baş verən zəlzələlərin də necə baş verdiyini anlamaqda böyük rol oynaya bilər. Yəni bu tapıntılar həm keçmişə, həm də gələcəyə işıq salır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1489   Tarix: 25 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr