Yeni Antarktida: Xəritənin göstərdikləri ən soyuqqanlı insanları belə təlaşa salır
1950-ci ildən bəri alimlər sadə görünsə də, cavabı çətin olan bir sual üzərində çalışırdılar: Antarktida buzla örtülü olmasaydı, necə görünərdi?
Oxu.Az-ın pravda.ru-ya istinadla verdiyi məlumata görə, nəhayət, 70 il davam edən araşdırmalardan sonra bu suala ən dəqiq və eyni zamanda ən narahatedici cavab tapılıb. Bu, 82 milyondan çox məlumat nöqtəsi əsasında hazırlanmış yeni "Bedmap3" xəritəsidir.
Cənub qütbündə gizlənən "cənnət adası"
Antarktida əsrlər boyu həm məcazi, həm də sözün əsl mənasında xəritədə "ağ ləkə" olaraq qalırdı. İlk dəfə 2001-ci ildə "Bedmap1", daha sonra 2013-cü ildə "Bedmap2" xəritələri tərtib olundu və hər biri buz təbəqəsinin altındakı relyefi bir qədər də üzə çıxardı. Amma "Bedmap3" 500 metrlik təsvir dəqiqliyi, peyklərdən, radar və seysmik ölçmələrdən əldə edilmiş məlumatlarla Antarktidada buz qatının altındakı inanılmaz mənzərəni ortaya çıxardı.
Ən qalın buz təbəqəsi - 4 757 metr
Bu qeyri-adi qalınlıqdakı buz Uilks torpağında, hələ adı olmayan bir kanyonda aşkar edilib. Buradakı buz xüsusilə həssas hesab olunur, çünki əsas süxurlar dəniz səviyyəsindən aşağıda yerləşir və isti okean suları ilə qarşılaşaraq ərimə prosesini sürətləndirə bilər.
Qorxulu hesablar
- Buz həcmi: 27.17 milyon km³
- Buzla örtülü ərazi: 13.63 milyon km²
- Orta qalınlıq: 1 948 m (buz şelfləri nəzərə alınmadan - 2 148 m)
- Dünya okeanlarının potensial səviyyə artımı: 58 metrə qədər
Bu rəqəmlər əvvəlki "Bedmap" layihələrində də qeyd olunub və hamısı eyni təhlükəni göstərir: Əgər Antarktida buzlaqları ərisə, dünyanın sahil şəhərləri sular altında qala bilər.
Alimlərin sözlərinə görə, Antarktida düşündüyümüzdən daha həssas imiş - "Bedmap3" yalnız relyefi göstərmir, həm də xəbərdarlıq edir.
"Bedmap" layihəsi yalnız elmi məlumat toplamaq üçün deyil, həm də planetimizin gələcəyini proqnozlaşdırmaq məqsədi daşıyır: "Bu xəritə bizi buz qalxanına bəşəriyyəti fəlakətdən ayıran sonuncu müdafiə xətti kimi baxmağa çağırır", - deyə elm adamları vurğulayırlar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1053 Tarix: 26 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabr