"Uzak şehir"in azərbaycanlı aktrisası – Bir yalanla həyatı dəyişən Sinem Ünsal kimdir? - VİDEO

"Uzak şehir"in azərbaycanlı aktrisası – Bir yalanla həyatı dəyişən Sinem Ünsal kimdir? - VİDEOUzak şehir"in azərbaycanlı aktrisası – Bir yalanla həyatı dəyişən Sinem Ünsal kimdir?

Ölkə.Az Sinem Ünsal haqqında maraqlı faktları təqdim edir.

21 iyun 1993-cü ildə Türkiyənin İzmir şəhərinin Foça mahalında doğulub.
Atası əslən azərbaycanlı, anası isə çərkəzdir. O, müsahibələrinin birində özünü "qafqaz qızı" adlandırıb.
Orta məktəbi İzmirdə oxuyub. Eskişehirdə Osmanqazi universitetinin xarici dildə müqayisəli ədəbiyyat fakültəsindən məzun olub. Daha sonra fərdi müəllimdən aktyorluq dərsləri alıb.

O, hələ kiçik yaşlarından aktyor olmaq istəsə də, təhsil almaqla bağlı ona istiqamət verən olmadığınan ədəbiyyatı üzrə oxuyub. Məqsədi teatr üzrə ixtisaslaşmaq olsa da, karyerasına serialla başlayıb. Aktrisalıq dərsləri almaq üçün pul da lazım idi. O, elə məzun olduğu həftə İstanbula yola düşüb. İş tapa bilməyən Ünsal nəşriyyatlardan birinə zəng edərək yalan danışır və işə dəvət aldığını, onlardan cavab gözlədiyini deyir. Daha sonra müsahibəyə dəvət alır və işə qəbul olur. Burada çalışmağa başlayandan 1-2 ay sonra isə seriala dəvət alıb.

İlk dəfə 2017-ci ildə keçmiş adı ilə Foks televiziyasında yayımlanan "Çoban yıldızı" serialına çəkilib.
Onun ilk baş rolu "mucize doktor" serialında nazlı Gülengül obrazı olub.

2017-2022-ci illərdə həmçinin "Siyah beyaz aşk", "Kızım", "Elbet bir gün", "Gizli saklı" "Senden önce" adlı seriallarda, eləcə də reklam filmlərində və teatr tamaşalarında da rol alıb.
Çəkildiyi "Elbet bir gün" serialı 6-cı, "Senden önce" serialı isə cəmi 3-cü seriyada yayımdan qaldırılıb. Reytinqləri aşağı olduğundan hər iki layihənin çəkilişləri dayandırılıb.
2024-cü ildə isə reytinqli Uzak şehir" serialında Alya obrazını canlandırır. Aktrisanın ekran işindəki tərəf müqabili Ozan Akbaba da əslən azərbaycanlıdır.
"Uzak şehir" son 15 ildə ən çox reytinq qazanan türk serialıdır. Bəzi mənbələrdə yer alan məlumatlara görə aktrisa hər seriyadan 600 min lirə yəni təxminən 27 min manat qazanır.
2019-cu ildə teatr mükafatlarında İlin ən yaxşı gənc aktrisası mükafatına layiq görülüb.

O, 2020-ci ildə Türkiyə Gənclik mükafatlarında "Ən yaxşı qadın aktrisa", "Mucize doktor" serialındakı roluna görə tərəf müqabili Taner Ölməzlə "ən yaxşı serial cütlüyü" mükafatlarına layiq görülüb.

Aktrisa Subay olsa da, türkiyəli aktyorar Kıvanç Kılınç, "gizli saklı" serialında tərəf müqabili olmuş aktyor Halit Özgür Sarıilə eşq yaşayıb. Hazırda isə həmkarı Berk Cankatla sevgi münasibətləri olduğu deyilir.

S.Ünsal ailəsi haqqında məlumatları gizli saxlayır. Onun valideynləri və s. haqqında detallı informasiya olmasa da, özündən yaşca böyük Gizem adlı bacısı olduğu məlumdur.
S.Ünsala çox bənzəyən Gizem Ünsal da aktrisadır. O isə "Yarım kalan aşklar", "Fazilet hanım və kızları" kimi seriallarda rol alıb.

Daha ətraflı videoda:


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1949   Tarix: 28 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr