"Çin şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda iştirakı qarşılıqlı maraqlara xidmət edir" - DEPUTAT

"Çin şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda iştirakı qarşılıqlı maraqlara xidmət edir" - DEPUTAT"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının nüfuzlu CGTN telekanalına verdiyi müsahibə iki ölkə arasında inkişaf edən strateji tərəfdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirdi. Prezident müsahibə zamanı Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafından, qarşılıqlı etimad və dostluq ruhunda qurulan əməkdaşlıqdan bəhs etdi və gələcək perspektivlərə dair mühüm mesajlar verdi. Prezident İlham Əliyev çıxışında, 2023-cü ilin iyul ayında Sədr Si Cinpin ilə keçirilən görüşün mühüm əhəmiyyətini xüsusi vurğuladı: "Sədr Si ilə sonuncu dəfə iyul ayında görüşümüz əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı". Bu görüş nəticəsində əldə olunan razılaşmalar siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da genişlənməsinə möhkəm təməl qoydu".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb:

O, açıqlamasında qeyd edib ki, Çin və bizim ölkəmiz arasında təhsil sahəsindəki sıx əməkdaşlıq sayəsində hər iki ölkədə 100-dən çox tələbə qarşılıqlı olaraq təhsil alır:

"Prezident Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəklədiyini və bu qlobal layihənin uğurla həyata keçirilməsində fəal iştirak etdiyini qeyd etdi: "Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. "Bir kəmər, bir yol" təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik". Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi bu prosesdə mühüm üstünlük təmin edir.
Prezident İlham Əliyev müsahibədə Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə etdi və gələcək investisiya layihələri barədə danışdı. Çin şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda iştirakı qarşılıqlı maraqlara xidmət edir və iqtisadi müxtəlifləşməyə töhfə verir. Azərbaycan məhsullarının Çin bazarına çıxarılması istiqamətində görülən addımların intensivləşdiyi də qeyd olundu.
Təhsil sahəsi ilə bağlı bildirim ki, Çin və bizim ölkəmiz arasında təhsil sahəsindəki sıx əməkdaşlıq sayəsində hər iki ölkədə 100-dən çox tələbə qarşılıqlı olaraq təhsil alır. Bu mübadilə proqramları tələbələrə iki mədəniyyəti daha yaxından tanımağa, elmi tədqiqatlar aparmağa və beynəlxalq əlaqələr qurmağa imkan yaradır. Eyni zamanda, bu proqramlar həmçinin gələcəkdə işgüzar əməkdaşlıqların və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir.
Müsahibənin yekununda Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin gələcək inkişafına olan inamını bir daha ifadə edərək, Azərbaycan və Çin xalqları arasında mövcud olan dostluq və qarşılıqlı hörmət əlaqələri gələcəkdə də əməkdaşlığımızın dinamik inkişafını təmin edəcəkdir.
Prezidentin CGTN-ə verdiyi bu müsahibə Azərbaycan-Çin əlaqələrinin strateji xarakterini bir daha nümayiş etdirdi və qarşıdakı dövrdə əməkdaşlığın daha da dərinləşəcəyini göstərdi".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1582   Tarix: 28 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr