Roma papaları niyə adını dəyişdirir? - Kosmosun əlaqəsi var

Roma papaları niyə adını dəyişdirir? - Kosmosun əlaqəsi varDünya Papa Fransiskin vəfatını və dəfn mərasimini yaşadı. O, 2025-ci ilin 21 aprelində bu dünyadan köçdü. Çox yaxın günlərdə yeni Papa seçmək üçün konklav toplanacaq. Hər yeni Papa adını dəyişir və bu ənənənin arxasında minilliklərə dayanan bir tarix, dramatik qərarlar və hətta "kosmosla gözlənilməz əlaqələr" dayanır. Bu ənənə niyə Vatikanın ən hörmət edilən qaydalarından birinə çevrilib və əslində nəyi ifadə edir?

Lent.az mövzuyla bağlı araşdırmasını təqdim edir.

Niyə Papalar adlarını dəyişirlər?

Bir kardinal Papa seçiləndə, yalnız Kilsəni idarə etmir, həm də onun simvoluna çevrilir. Adın dəyişdirilməsi sadə bir formallıq deyil, ruhani yenidən doğuluşun əlamətidir. Necə ki, Bibliyada Avram İbrahimə, Savl isə Pavla çevrildi, eləcə də yeni Papa göstərir: keçmiş arxada qalır, yeni bir dövr başlayır.

Hər seçilən ad təsadüfi seçilmir: bu, sevilən bir müqəddəsə həsr oluna, əvvəlki böyük Papaya ehtiram ifadə edə və ya gələcək niyyətlərini bəyan edə bilər. Ad dəyişmək ənənəsinin dərin tarixi kökləri var və həm praktik səbəblərlə (məsələn, bütpərəst adlardan qaçmaq üçün), həm də güclü simvolizmlə bağlıdır.

Yeni adın qəbul edilməsi yeni bir xidmət mərhələsini, əvvəlki dünyəvi həyatdan imtinanı, hörmət edilən sələflərə bənzəmək istəyini və pontifikat proqramının müəyyənləşdirilməsini ifadə edir. Bu seçim təkcə Papa üçün deyil, bütün Katolik Kilsəsi üçün əhəmiyyət daşıyır və papa tarixinin ən maraqlı cəhətlərindən biridir.

İlk kim və niyə adını dəyişdi?

İlk dəfə adını dəyişən Papa II İoann olmuşdu (533-cü il). Onun əsl adı Merkuri idi – Roma ticarət tanrısının şərəfinə qoyulmuşdu. Bütpərəst tanrının adını daşıyan bir şəxsin xristian dünyasına rəhbərlik etməsi? Aydındır ki, belə olmazdı. İnamlıları narahat etməmək və İsa Məsihə sədaqəti vurğulamaq üçün o, Müqəddəs İoann Baptistin adını qəbul etdi.

Bu hadisə yeni bir ənənənin əsasını qoydu və sonralar Papa seçimi mərasimində ayrılmaz bir hissəyə çevrildi. Maraqlıdır ki, Merkuri bu günlərdə adını daşıdığı planetlə, xüsusən də onun geriyə hərəkəti zamanı Yer üzündə insanlara çətinliklər yaratması ilə assosiasiya edilir.

Həmişə ad dəyişdirilirdimi?

Xeyr. VI əsrə qədər Papalar adlarını dəyişmirdilər. Lakin II İoannadan sonra bu addım demək olar ki, vacib bir qaydaya çevrildi. Öz adını qoruyub saxlayan sonuncu Papa Marçell II oldu (1555-ci il) – amma onun pontifikatı cəmi üç həftə davam etdi.

Yeni ad necə seçilir?

Bunun üçün sərt qaydalar yoxdur. Adətən Papalar özlərindən əvvəlki Papalardan, müqəddəslərdən və ya şəxsi ruhani ideallarından ilham alırlar. Məsələn, Papa Fransisk adını Müqəddəs Fransisk Assizliyin şərəfinə seçdi – o, yoxsulluq, sadəlik və təbiətə sevgi simvoludur. Onun əsl adı isə Xorxe Mario Berqolio idi.
O, bu adı seçdi, çünki Müqəddəs Fransisk Assizli var-dövlətdən imtinanın, yoxsullara köməyin və yaradılışa sevginin rəmzidir.

Papa Fransisk belə demişdi:

"Mən Fransisk barədə düşündüm: sülh insanı, yoxsulluq insanı, yaradılışı sevən və qoruyan insan".

Oksford Universitetindən dinşünas və tarixçi professor Conatan Hili isə izah edir:

"Papa adının dəyişdirilməsi kapriz və ya protokol deyil. Bu çox güclü bir işarədir: seçilməzdən əvvəl tanınan şəxs artıq mövcud deyil. Artıq o, katoliklərin yeni ruhani kainatının mərkəzidir".

Yeni seçilmiş Papa konklav zamanı seçimini qəbul etdikdən dərhal sonra adını özü seçir. Tarix boyunca ən populyar adlar bunlar olub: İoann, Qriqori, Benedikt, Lev, Piy və Kliment.

Son 450 ildə hər bir Papa adını dəyişib və bu güclü bir ənənəyə çevrilib, lakin hüquqi baxımdan məcburi deyil. Teorik olaraq, Papa öz adını da saxlaya bilərdi, amma bu, uzun illərdir davam edən ənənənin misli görünməmiş bir pozuntusu olardı.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1507   Tarix: 28 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021