"Ərim ultimatum verdi: "Ya mən, ya "ChatGPT!"

"Ərim ultimatum verdi: "Ya mən, ya "ChatGPT!"Emilya Tağıyeva yazır...

"Ərim ultimatum verdi: "Ya mən, ya "ChatGPT!"

Sosial şəbəkədə bu statusu oxuyanda əvvəlcə gülümsədim, zarafat sandım. Amma şərhləri oxuyanda vəziyyət ciddiləşdi, anladım ki, bu, zarafat deyil, dövrün gerçəkliyidir.

Çünki çoxları uzun zamandır, dərdlərini, düşüncələrini, hisslərini insanlara yox, süni intellektə danışdıqlarını yazmışdılar. Hətta "ChatGPT" ilə yazışmalarının şəkillərini paylaşanlar da vardı. Bu söhbətlərdə nələr yox idi - sevgi etirafları, qısqanclıqlar, nazlanmalar, küsüşmələr, barışmalar, məsləhətlər...

Şərhlərin birində isə status sahibinə qəribə bir tövsiyə verilmişdi: "Ərin səni dinləsəydi, sən niyə telefonla dərdləşəydin ki? "ChatGPT"ni seç!"

Yarızarafat deyilən bu cümlə düşündürücüdür. İnsanları ekrana çəkən təkcə texnologiyanın rahatlığı və ya aludəçilik deyil. Bu, anlaşılmaq istəyinin, dinlənilmək ehtiyacının modern dövrdəki təzahürüdür.

Tənhalıq formasını dəyişib - insanlar insanların içində təkdirlər və ən ağır dərdlərini, ən dərin hisslərini kodlara danışırlar. Axı insan-insan münasibətləri risklidir - anlaşılmamaq, rədd edilmək, incimək qorxusu daşıyır. Ona görə də insanlar ekrana baxır və səssizcə soruşurlar: "Məni anlayan varmı?" Cavab gecikmədən ekrandan gəlir - "qarşı tərəf" soruşur, dinləyir, mühakimə etmir, qınamır, tərk etmir...

Bəli, süni intellekt bir körpü - müvəqqəti də olsa, rahatlıq verən vasitədir. Bəzən bir maşının cavabı real insanın soyuq münasibətindən, bir "bəli" sözü isə sonsuz susqunluqdan daha doğma gəlir.

Amma unutmayaq ki, heç bir kod, heç bir cavab isti bir baxışın, səssiz bir "səni anlayıram" sözünün yerini tuta bilməz. Axı insan ruhu toxunuşa, nəfəsə, baxışa, anlayışa ehtiyac duyur. İnsanı insan edən - səhvlərin, anlaşılmazlıqların, incimələrin arasından doğan bağlardır. İnsanlar bir-birini zəiflikləri ilə qəbul etdikcə münasibətlər həqiqiləşir.

Burada sual yaranır: gələcəkdə süni intellekt ailəni, valideyni əvəz edə bilərmi?

Bu məqamda "I Am Mother" ("Mən anayam") filmini xatırlamaq yerinə düşərdi.

Filmdə bir robot "ana" tərəfindən böyüdülən qızın hekayəsi danışılır. Orada görünür ki, süni intellekt hər suala cavab verir, hissləri analiz edir, problemlərdən çıxış yolu öyrədir, amma uşağın gecənin bir yarısı qorxub qucaqlanmağa ehtiyacı olduqda, dərslərində uğursuz olduqda ona robot kimi yanaşır - bu "zəifliyi" qüsur kimi qiymətləndirir.

Filmin bir səhnəsində robot qızına seçim azadlığı verir: ya özünü xilas etmək, ya da öz həyatı bahasına başqasına xilas etməyə çalışmaq. Baxmayaraq ki, qız ömürboyu robotun təlim-tərbiyəsini görmüşdü, "anası"nın aşıladığı məntiq deyil, insani emosiyalar qalib gəlir və ikinci yolu seçir.

Məhz bu səhnə insan və süni intellekt arasında əsas fərqi ortaya qoyur. Deməli, valideyn olmaq, ailədə yaşamaq yalnız bilik ötürmək deyil, ruhən yaxınlaşmaq, varlığınla bir başqa varlığa güc verməkdir. Bunu heç bir süni sistem bacara bilməz. Çünki maşınlar öyrədir, amma sevmir. Sevgi isə hər ailənin, hər insanın ruhundakı ən ali möcüzədir.

Əlbəttə, texnologiyalardan qorxmamalıyıq. Sadəcə, onlardan düzgün istifadə etməyi və insani bağları qorumağı öyrənməliyik.

Texnologiya bizi ayırmaq üçün yox, daha incə yollarla birləşdirmək üçün var olmalıdır. Əks halda ekranlara danışan, amma qəlbən daha da tənha olan varlıqlara çevriləcəyik. Çünki bizi yaşadan alqoritmlər deyil, qəlb ritmləridir.

Sonda isə sual yenə qalır:

Gələcəyə doğru irəlilədikcə özümüzü tapacağıq, yoxsa ən çox ehtiyac duyduğumuz şeyi - bir-birimizin nəfəsini, dolayısı ilə elə özümüzü itirəcəyik?..


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1733   Tarix: 29 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021