Yaşı 60-ı keçmiş qadınlar bu paltarları geyinməməlidir - SƏBƏB

Yaşı 60-ı keçmiş qadınlar bu paltarları geyinməməlidir - SƏBƏBMütəxəssislər yetkin yaşlı qadınlara bəzi geyimləri qarderoblarından birdəfəlik çıxarmağı tövsiyə edirlər. Moda stilistləri 60 yaşdan yuxarı qadınlara qarderoblarını yenidən nəzərdən keçirməyi məsləhət görürlər. Keçmişdə populyar olan bəzi geyimlər bu gün həm dəbdən düşüb, həm də görünüşü ağırlaşdıraraq yaşı vizual olaraq artırır, bədən proporsiyalarını pozur və ümumi obrazı səliqəsiz göstərə bilər.

Lent.az bu geyimləri təqdim edir:

1. Köhnəlmiş bəzəkli jaketlər

Parlaq düymələr, qaşlar və artıq dekorla dolu dar kəsimli pencəklər çoxdan dəbdən düşüb. Belə modellər bədəni daha iri və formasız göstərir. Onların əvəzinə düz kəsimli və ya bir qədər "oversize" modellər daha yaxşı görünür – bu cür jaketlər təravət və yüngüllük hissi yaradır və digər geyimlərlə asan uyğunlaşır.

2. Dantelli və artıq dekorlu ətəklər

Ətəyi dantellə bəzədilmiş və ya çox detallı ətəklər artıq aktual deyil. Onlar obrazı süni və ucuz göstərir. Ən yaxşı seçim – keyfiyyətli və qalın materialdan hazırlanmış, sadə dizaynlı ətəklərdir. Belə modellər formanı yaxşı saxlayır, silueti vizual olaraq uzadır və bədəni zərif göstərir.

3. Parlaq və bərq vuran parçalardan geyimlər

Lürəkslə, payetlə və ya parlaq səthli parçalardan hazırlanan geyimlər, adətən, yetkin qadınları bəzəmir. Onların əvəzinə, mat teksturalı və ya yüngül, incə parıltıya malik atlas parçalar daha uğurlu seçimdir. Təbii parçalar – kətan, pambıq, kaşmir və yun – zərif və dəyərli stil təsiri yaradır.

4. Aqressiv heyvani naxışlar

Leopard printi ən mübahisəli dizaynlardandır. 60 yaşdan sonra bu cür naxışlardan geyimlərdə uzaq durmaq tövsiyə olunur, çünki bu, obrazı kobud və köhnəlmiş göstərə bilər. Əgər bir qədər "vəhşi" detal əlavə etmək istəsəniz, stilistlər bunu yalnız aksessuarlarda – şərflər, kəmərlər, çantalar və ya ayaqqabılarda kiçik elementlər şəklində etməyi tövsiyə edirlər.

Əsas vurğu – zəriflik və incəlik üzərində

60 yaşdan sonra müasir stil rahatlıq, zəriflik və aktuallığın balansı olmalıdır. Minimalizm, keyfiyyətli materiallar və düşünülmüş detallar qadına şübhəli dəb eksperimentlərinə girmədən şık və layiqli görünməyə imkan verir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2884   Tarix: 29 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021