Makedoniyalı İsgəndərin ailəsinin sirri: Sərkərdənin atasının cəsədi də itkin düşmüş hesab olundu
Demək olar ki, 50 il əvvəl Yunanıstanın şimalındakı qədim Verqina şəhəri yaxınlığında arxeoloqlar qədim Makedoniya kral ailəsinə aid olduqları güman edilən məzarlar aşkarlamışdılar. Uzun müddət bu məzarların makedoniyalı İsgəndərin oğlu IV İskəndərin, böyük qardaşı III Filippin və atası II Filippin dəfn olunduğu düşünülürdü. Ancaq son araşdırmalar bu iddianı alt-üst etdi.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər yayıb.
Bildirilir ki, yunan alimlərinin apardığı yeni analizlər göstərdi ki, birinci məzardakı skelet əslində II Filippə aid deyil. Radiokarbon analizi, genetik testlər və skelet yaşının təhlili göstərdi ki, bu adam öldüyündə 25-35 yaşlarında olub və e.ə. 388-356-cı illər arasında dəfn edilib. Halbuki II Filipp e.ə. 336-cı ildə, təxminən 45 yaşında öldürülmüşdü.
Bundan əlavə, məzarda aşkar edilmiş uşaq qalıqları bir yox, altı fərqli körpəyə məxsusdur və Roma dövrünə - yəni e.ə. 150-130-cu illərə aiddir. Alimlər ehtimal edirlər ki, məzar sonradan açılıb və körpə cəsədləri o zaman oraya yerləşdirilib. Bu isə o dövr üçün normal dəfn təcrübəsi sayılırdı.
Əldə olunan nəticələr göstərir ki, bu məzar nə II Filippə, nə də onun ailəsinə məxsus ola bilər. Amma tədqiqatçılar əmindirlər ki, skelet qədim Makedoniya kral ailəsinin yüksəkvəzifəli üzvünə məxsusdur.
Beləliklə, nə II Filippin, nə də İsgəndərin özünün dəqiq məzarı hələ də tapılmayıb - və bu, antik dünyanın ən böyük sirlərindən biri olaraq qalır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1853 Tarix: 01 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Acun niyə həmişə qara kofta geyinir?
"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab
15 sentyabr 2021Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO
Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi
16 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO
Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:
15 sentyabr 2021Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO
Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb
10 sentyabr 2021Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1
15 sentyabr 2021Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR
Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd
12 sentyabr 2021