Böyük zəlzələ yaxınlaşır: Okean səviyyəsi qalxacaq, böyük daşqına səbəb olacaq

Böyük zəlzələ yaxınlaşır: Okean səviyyəsi qalxacaq, böyük daşqına səbəb olacaqMütəxəssislər ABŞ-nin Sakit okean sahilləri üçün yaxınlaşan təhlükə barədə xəbərdarlıq edirlər. Onların proqnozlarına görə, Kaskadiya subduksiya zonasında səkkiz bal gücündə baş verə biləcək güclü zəlzələ sahil boyunca torpağın təxminən iki metr aşağı enməsinə səbəb ola bilər. Bu, Kaliforniya, Vaşinqton və Oreqon kimi ştatlar üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə tədqiqatçıların "Live Science" jurnalında dərc olunan məqaləsində bildirilir.

Okean tektonik plitələrinin kontinental plitələrin altına batdığı Kaskadiya subduksiya zonası indiyə qədər regionda dəniz səviyyəsinin qalxmasının qarşısını alan özünəməxsus bir qalxan rolunu oynayıb. Lakin geoloji sübutların göstərdiyinə görə, burada sonuncu böyük zəlzələ 1700-cü ildə baş verib və ondan sonra sahil xətti hər il 1-3 millimetr qalxıb. Ancaq cari onilliyin sonuna qədər qlobal istiləşmə nəticəsində dünya okeanının səviyyəsinin qalxma sürəti Kaskadiyanın qalxma tempini üstələyəcək.

Alimlər 8 bal gücündə zəlzələnin bu gün baş verdiyi ssenarini modelləşdirərək, onu 2100-cü ildə dəniz səviyyəsinin 0.4-0.9 metr qalxması gözlənilən vəziyyətlə müqayisə ediblər. Modellər göstərir ki, su altında qala biləcək ərazi bu gün zəlzələ zamanı 300 km² olduğu halda, gələcəkdə 370 km²-yə qədər arta bilər. Bundan başqa, əlavə 17 710 nəfərin həyatı təhlükə altına düşə bilər (hazırda bu rəqəm 8 120-dir).

Mütəxəssislər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin qalxması ilə birlikdə baş verəcək belə "böyük zəlzələ" sahilboyu yaşayış məntəqələrinin görünüşünü tamamilə dəyişə bilər: şəhərlər və qəsəbələr həmişəlik suyun altında qalacaq.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2436   Tarix: 02 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021