Oğlunu ov tüfəngi ilə vuran ata məhkəmədə danışdı
Tekirdağın Kapaklı rayonunun Yunus Emre məhəlləsində yerləşən Yavuz Selim küçəsində qan donduran hadisə baş verib. 55 yaşlı Necdet Şahin ilə 22 yaşlı oğlu Hazat Şahin arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, mübahisədən sonra Hazat Şahin evi tərk edib. Bir müddət sonra motosikletlə evin qarşısına gələn gənc, atasının yaşadığı mənzilə tapança ilə atəş açıb. Bu zaman Necdet Şahin evdəki ov tüfəngini götürərək eyvana çıxıb və oğluna atəş açıb.
Güllə yaraları ilə ağır xəsarət alan Hazat Şahin qan içində yerə yıxılıb. Hadisə yerinə çağırılan polis və təcili tibbi yardım briqadası dərhal müdaxilə etsə də, gənc aparıldığı Çerkezköy Dövlət Xəstəxanasında həkimlərin bütün cəhdlərinə baxmayaraq həyatını itirib.
Polis tərəfindən saxlanılan Necdet Şahin, təhlükəsizlik məqsədilə gülləkeçirməz jilet geyindirildikdən sonra geniş təhlükəsizlik tədbirləri altında Çerkezköydə məhkəməyə çıxarılıb. Onun ifadəsində oğluyla mübahisə etdiyini bildirərək belə dediyi öyrənilib: "Evdən ayrıldıqdan sonra bizim evə atəş açdı. Mən də əsəblərimə hakim ola bilmədim, tüfəklə cavab verdim. Çox peşmanam."
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1493 Tarix: 15 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabr