Rəcəb Tayyib Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil"
"Türkiyə, Azərbaycan və Pakistan Avrasiyanın təhlükəsizlik, iqtisadiyyat, enerji və ərzaq sahələrində çoxsaylı çağırışların mövcud olduğu strateji əhəmiyyətli hissələrində yerləşir. Burada baş verənlərin fonunda ölkələrimiz arasında həmrəylik və atılan birgə addımlar seçim məsələsi deyil, zəruri ehtiyacdır".
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə ifadə edib.
Türkiyə Prezidenti bildirib ki, üç ölkənin Xarici İşlər nazirliklərinə Ankara, Bakı və İslamabad arasında gələcək əməkdaşlıq üçün struktur bazanın formalaşdırılması istiqamətində addımlar atmaq tapşırılıb.
"Ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, enerji, hərbi-sənaye kompleksi və terrorizmlə mübarizə sahələrində birgə dialoq gündəliyinə dair çərçivələr hazırlanacaq", - deyə Ərdoğan vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşlərinin mütəmadi keçiriləcəyini bildirib.
"Bundan başqa, nazirlər səviyyəsində görüşlər də planlaşdırılır", - deyə o qeyd edib.
Türkiyə lideri nəqliyyat sektorunu üçtərəfli əməkdaşlığın strateji sahələrindən biri adlandırıb, həmçinin Ankara, Bakı və İslamabad arasında dialoqun üç ölkənin xalqlarına fayda verəcəyinə əminliyini ifadə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?