Azərbaycançılıq ideologiyası: Ulu Öndər Heydər Əliyevin mirası və dövlətin əsas inkişaf istiqaməti
"Azərbaycançılıq ideologiyası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən o çətin günlərdə, 1993-cü illərdə, Azərbaycan dağılma və parçalanma təhlükəsi ilə üz-üzə qalanda irəli sürüldü. Həmin dövrdə dövlətçilik təfəkküründən məhrum olan və təsadüfən hakimiyyətə gəlmiş radikal, dağıdıcı müxalifət qüvvələri müxtəlif fantastik ideyalar irəli sürür, Azərbaycanı parçalanma və vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qoyurdular. Lakin Ulu Öndərin hakimiyyətə qayıdışı və Azərbaycançılıq ideyasını milli məfkurəyə çevirməsi Azərbaycan dövlətinin əsas inkişaf istiqamətlərindən birinə çevrildi, ölkədə sabitliyi təmin etdi və dövlətin bünövrəsini möhkəmləndirdi".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Məmmədli danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycançılıq ideologiyası Azərbaycanda müxtəlif millətləri və etnik qrupları bir araya gətirərək dövlətin möhkəmləndirilməsində mühüm rol oynadı:
"Ulu Öndərin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" fikri artıq hər birimiz üçün mayaka, yol göstəricisinə çevrilib. Onun siyasi davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də bu ideologiya çərçivəsində xalqı vahid milli ideya - Azərbaycançılıq ideyası ətrafında birləşdirməyi bacardı. İqtisadiyyat, ordu, cəmiyyət və gənclər bu ideya ətrafında səfərbər oldu. Nəticədə, 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Həmin müharibədə qələbələrimizin tərənnümü, insanların öz Vətənlərinə sədaqəti və cəmiyyətin bütün təbəqələrinin həmrəyliyi, əslində, Azərbaycançılıq ideyasının təntənəsidir.
Biz Vətən müharibəsindəki uğurlarımızı, hazırkı quruculuq işlərimizi və regionda əldə etdiyimiz uğurları Azərbaycançılıq ideyası ilə əlaqələndirərək təbliğ etməliyik. Bundan sonra da Azərbaycan dövlətinin inkişafının əsas hərəkətverici qüvvəsinin məhz Azərbaycançılıq ideyası olduğunu gənc nəslin şüuruna, düşüncəsinə yeritməliyik. Xüsusən, gənc nəslin bu istiqamətdə tərbiyə alması çox vacibdir. Bu məqsədlə, istər hakim siyasi partiyada yetişən gənclər, istər məktəblərdə, istərsə də universitetlərdə təhsil alan gənclərimiz bu ideya ətrafında səfərbər edilməlidir. "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" devizi ilə tədbirlərin təşkili, işğaldan azad edilmiş bölgələrə səfərlərin keçirilməsi, gənclərimizin quruculuq işlərində fəal iştirakı Azərbaycançılıq ideyasının təbliği və tərənnümüdür".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?