Paşinyana cinayət işi açılacaq?
Ermənistanda "Ayakve" təşəbbüs qrupu Baş nazir Nikol Paşinyana qarşı cinayət işi açılması üçün ölkənin baş prokuroru Anna Vardapetyana rəsmi müraciət ünvanlayıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı erməni ictimai xadimi Avetik Çalabyan yerli mediaya açıqlamasında verib. Onun sözlərinə görə, müraciətdə Paşinyanın Erməni Apostol Kilsəsinin fəaliyyətinə müdaxilə etdiyi və sosial şəbəkələrdə kilsə ilə bağlı təhqiramiz ifadələr işlətdiyi iddia olunur:
"Biz Ermənistanın baş prokurorunun diqqətini Nikol Paşinyanın bizim fikrimizcə dövlətin erməni Apostol Kilsəsinin daxili işlərinə müdaxiləsinə bərabər hərəkətlərinə yönəltmək istəyirik. Ermənistan Konstitusiyası dövlətin heç bir dini qurumun, o cümlədən erməni Apostol Kilsəsinin işlərinə qarışmayacağını açıq şəkildə bəyan edir" - deyə Çalabyan bildirib.
O əlavə edib ki, Baş nazirin sosial şəbəkələrdə paylaşdığı fikirlərin Konstitusiyaya uyğunluğunun hüquqi qiymətləndirilməsi və bunun əsasında cinayət işinin başlanması zəruridir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?