Trend uğrunda qadınların başlarına gələnlər: "Bədənlərini A4 kağızla ölçürlər"
Son 20 ilin tendensiyası göstərir ki, qadınlar jurnalların üzqabıqlarındakı obrazlara məxsus bədən quruluşuna sahib olmaq istəyirlər.
Trend bunu tələb edir, yoxsa tələb trendi yaradır, bir qədər mübahisəli məsələdir, amma nəticə odur ki, qadınlar artıq çəkidən azad olmağa sağlamlıq üçün yox, dəblə ayaqlaşmaq üçün can atırlar.
Baku TV paytaxt sakinləri arasında mövzu ilə bağlı sorğu keçirib.
Vətəndaşlar cəmiyyətdə artıq çəki ilə bağlı deyilən sözlərin qadınların özlərini bəyənməməsinə səbəb olduğunu bildiriblər.
Elə bu yaxınlarda türkiyəli fenomen Nihal Candanın başına gələnlər cəmiyyətə ciddi mesaj ötürüb. Anoreksiyadan ölən fenomenin taleyi əslində qeyri-sağlam yolla arıqlamağa can atanları bir daha düşünməyə vadar etməlidir.
Psixoloq Aygül Məlikova açıqlamasında bildirib ki, qadınların həddindən artıq çəki itirməsinə yaşadıqları travmalar ciddi təsir göstərir:
"Ətrafındakı insanların qadına "köksən" deməsi ona mənfi təsir edir. Yemək onu xoşbəxt etməməyə başlayır. Yeməyi çeynəyir, amma udmur. Bir müddət sonra çəkisini artıran bütün yeməklərdən imtina edir".
Sosial şəbəkələrdə son vaxtlar "A4 beli" trendi də yaranıb. Belə ki, xanımlar bellərini A4 formatında kağızla (210x297 mm) ölçürlər. Əgər bədən kağızın kənarlarından görünürsə, arıqlamaq şərtdir.(oxu.az)
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 825 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yarım gün aclıq hiss etdirməyən səhər yeməyi açıqlandı
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan verən ideal səhər yeməyini açıqlayıb. Onun sözlərinə görə, bunun üçün istənilən formada - qaynadılmış, qızardılmış və ya omlet şəklində iki yumurta yemək kifayət edir. -ın xəbərinə görə, mütəxəssis öz tövsiyələrini məşhur AB
20 iyunSevgiyə baxışınızı dəyişəcək 4 unudulmaz film
Romantik filmlər adətən sevinc və xoşbəxt sonluqla assosiasiya olunsa da, əsl sevgi çox vaxt kədər, ağrı və daxili mübarizə ilə müşayiət olunur. Güclü hisslər, taleyin gözlənilməz dönüşləri və psixoloji sarsıntılar haqqında bəhs edən bu filmlər sevgiyə baxışınızı dəyişə bilər. xarici KİV-ə istinadl
23 iyunÜtünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu
Paltaryuyan maşından çıxan geyimlərin ütülənməsi xüsusilə yay aylarında yorucu və uzun vaxt aparan bir prosesdir. Lakin sosial mediada məşhurlaşan bu sadə üsul sayəsində ütü masası ilə vidalaşa bilərsiniz. Quruducu maşınınızın içinə atacağınız cəmi 3 ədəd buz kubu ilə geyimlərinizi ütülənmiş kimi çıxarma
21 iyunBu balıqları yemək olmaz - təhlükəli növlər
Marketlərdə və balıq mağazalarında müxtəlif növ dəniz məhsulları satılsa da, onların hamısı sağlamlıq üçün eyni dərəcədə faydalı hesab edilmir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi balıq növləri yüksək miqdarda civə, qurğuşun və digər ağır metalları toplayaraq insan sağlamlığı üçün risk yarad
21 iyunHovuzlarda gizlənən təhlükələr - Mütəxəssisdən vacib xəbərdarlıq
İstirahət üçün təhlükəsiz məkan hesab edilməsinə baxmayaraq, suyun təmizlənməsi sistemindəki nasazlıqlar, kimyəvi maddələrin miqdarının aşılması və sanitariya qaydalarının pozulması səbəbindən hovuzlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər. xəbər verir ki, infeksionist, tibb elmləri namizədi Yekaterin
24 iyunGəmi kapitanı pul üçün turistlərlə görün nə etdi - VİDEO
Egey və Aralıq dənizi sahillərində fəaliyyət göstərən turizm gəmilərindən birində çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, videoda gəmi kapitanının qeyri-adi önlük taxaraq xarici turistlərlə birlikdə rəqs etdiyi əks olunub. Turistlər
24 iyunPəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan" qorumağın çox praktik və təbii bir yolu var: Dəfnə yarpağı!. xəbər verir ki
20 iyun