Pişiklərlə böyük ağ köpəkbalıqlarının ortaq cəhəti tapıldı
Alimlər pişiklərlə köpəkbalıqlarının eyni görmə mexanizmini paylaşdıqlarını aşkarlayıblar. Belə ki, istər yaşayış mühitinə, istər növünə, istərsə də quruluşuna görə tamamilə fərqli olan bu canlıların hər ikisinin gözləri qaranlıqda parıldayır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "IFLScience" xəbər yayıb.
Alimlər bildirirlər ki, bu parıltının səbəbi eyni bioloji quruluşdur - "tapetum lucidum". Bu, gözün tor qişasının arxasında yerləşən "parlaq qat" adlanan xüsusi bir təbəqədir. O, işığı əks etdirərək göz reseptorlarına ikinci dəfə işıq alma şansı verir. Bu sayədə heyvanlar çox zəif işıqda belə aydın görə bilir.
Böyük ağ köpəkbalıqları səhər və axşam, yəni işığın zəif olduğu saatlarda ov edirlər. Onların gecə görməsi insanla müqayisədə 10 dəfə güclüdür.
Gözlərindəki "tapetum lucidum" qatında quanindən ibarət kristallar var - bu, dərin sulu canlılarda rast gəlinən qədim xüsusiyyətdir.
Ev pişiklərinin gözlərindəki bu qat isə riboflavin-sinkdən ibarət kristallarla zəngindir. Bu struktur onlara gecə ov zamanı, ay işığında belə ətrafı görməyə imkan verir.
Alimlər hesab edirlər ki, bu bənzərlik konvergent təkamül nümunəsidir - yəni tamamilə fərqli canlılar oxşar mühit şəraitində eyni funksional həll yolu tapıblar. Burada həlledici amil az işıq şəraitində görmə tələbatı olub.
Ancaq gözlərdəki bu qat həm də görüntünün bir qədər bulanıq olmasına səbəb olur. Məsələn, köpəkbalıqları daha az dəqiqliklə görür, pişiklər isə parlaq işıqda zəif görə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 684 Tarix: 06 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Flaminqoların sirri - Niyə bir ayaq üstə dayanırlar?
Flaminqolar uzun illərdir bir ayaq üstə uzun müddət dayanmaq vərdişləri ilə insanların marağına səbəb olur. Alimlər isə bu qeyri-adi davranışın arxasında kifayət qədər sadə səbəbin dayandığını müəyyən ediblər. xarici KİV-ə istinadən xəbər verir ki, əsirlikdə saxlanılan Karib flaminqoları üzərində aparıla
29 iyulEv təmiri zamanı ən çox rast gəlinən problemlər hansıdır?
Ev təmiri zamanı ən çox rast gəlinən problemlərdən biri hazırlıq işlərinin tam görülməməsidir. Divarlar yoxlanılmadan boya vurulur, döşəmə hamarlanmadan üzlük çəkilir. Köhnə elektrik və su xətləri dəyişdirilmədən saxlanılır. Bu isə sonradan yenidən təmir aparılmasına səbəb olur. Dəqiq ölçü götürülməməs
31 iyulTelevizora çox baxmaq beynimizi "əridirmiş"
Televizor qarşısında uzun saatlar keçirmək sağlamlıq üçün zərərli vərdişlərdən biri ola bilər. Yeni araşdırmaya görə, orta yaşda televizora daha çox baxan insanların beyninin bəzi hissələrində həcm azalması müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, "Alzheimer's & Dementia"
28 iyulMilyonlarla sürücü hər gün bunu edir: smartfonu doldurmaq yanacaq "yeyirmi?"
Bir çox sürücü USB portundan və ya alışqana qoşulan adapterdən istifadə edərək smartfonunu avtomobildə enerji ilə doldurur. Lakin bu zaman lazım olan enerjinin haradan gəldiyi barədə az adam düşünür. xarici mediaya istinadən xəbər verir ki, telefonun enerji ilə doldurulması benzin sərfiyyatına həqiqətə
2 avqustÇilingər xidməti seçərkən edilən 7 ən böyük səhv
Açar təmiri zamanı çilingər qapı ustası seçərkən edilən səhvlər çox vaxt həm əlavə xərcə, həm də əsəb gərginliyinə səbəb olur. İnsanlar adətən qapı bağlı qaldıqda və ya açar itdiyi anda tələsik qərar verir. Tələskənlik isə yanlış seçim riskini xeyli artırır. Halbuki bir az diqqətli yanaşma ilə bu problemləri
3 avqustSmartfonda təyyarə rejimi: Onu hər gün aktivləşdirsəniz, nə baş verər?
Əksər smartfon istifadəçiləri təyyarə rejimindən yalnız uçuş zamanı istifadə edir. Lakin bu funksiya gündəlik həyatda da faydalı ola bilər. Onu bir neçə dəqiqəlik aktivləşdirmək simsiz bağlantıları sürətlə söndürməyə və bəzi rabitə problemlərini aradan qaldırmağa kömək edir. xarici mediaya istinadə
2 avqustXoşbəxtliyin 5 əsas sirri açıqlandı
Təxminən 100 min insanın iştirak etdiyi araşdırmada cəmiyyətlərin xoşbəxtliyinə təsir edən beş əsas amil müəyyənləşdirilib. Alimlərə görə, xoşbəxt cəmiyyət yalnız xoşbəxt fərdlərin cəmindən ibarət deyil. "Qafqazinfo" xəbər verir ki, yeni araşdırma cəmiyyətlərin xoşbəxtliyinin yalnız fərdləri
28 iyulSakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Sakit okeanda tək səyahət zamanı itkin düşən ABŞ-li dənizçi Kay Sato 30 günlük dreyfdən sonra sağ tapılıb. xarici mediaya istinadla xəbər verir ki, dənizçini sahildən yüzlərlə mil aralıda konteyner gəmisinin heyəti xilas edib. Kaliforniyadan olan şəxs 2026-cı ilin 7 iyununda okeanı təkbaşına üzüb keçmə
29 iyulQanunsuz tikililərə qarşı tədbirlər gücləndirilib - VİDEO
stanbulun Sultanbəyli rayonunda qanunsuz tikililərlə mübarizə çərçivəsində bələdiyyənin zabitə əməkdaşları qanunvericiliyə zidd inşa edilən tikililərin söküntüsünü həyata keçiriblər. xarici mediaya istinadla xəbər verir ki, Sultanbəyli Bələdiyyəsinin Zabitə İdarəsinin əməkdaşları rayon ərazisində şəhərsalm
31 iyul