Sağlam qalmaq üçün oturaq işdə saatda neçə dəfə ayağa qalxmalısınız?
Uzun müddət oturaq qalmaq ürək sağlamlığına, maddələr mübadiləsinə və dayaq-hərəkət sisteminə mənfi təsir göstərir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, sağlamlıq risklərini azaltmaq üçün müəyyən aralıqlarla ayağa qalxmaq və hərəkət etmək tövsiyə olunur.
Oturaq həyat tərzi sağlamlığa necə təsir edir?
Kardioloq Şeronn Qeyz izah edir ki, işdə və ya evdə saatlarla oturmaq bədənin qan dövranını tənzimləyən vacib bir hissəsinin passiv qalmasına səbəb olur. Bu isə ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Qan dövranı baxımından baldır əzələlərinin, xüsusilə də kambalvari əzələnin rolu böyükdür. Bu əzələlər yığılaraq baldır damarlarını sıxır və qanın ürəyə doğru hərəkətinə kömək edir. Bu proses tibbdə "ikinci ürək" kimi tanınır. Əzələ boşaldıqda damar qapaqları bağlanır və qanın ayaqlara geri axmasının qarşısı alınır.
Oturaq həyat tərzi bu mexanizmin işini pozur, nəticədə qanın ayaqlarda durğunluğu yaranır və bu vəziyyət ürək-damar sistemi üçün təhlükəli fəsadlara səbəb ola bilər.
Uzun müddət oturmaq ürəyi zəiflədir
Əgər gün ərzində az hərəkət edirsinizsə və daim oturaq vəziyyətdəsinizsə, bu ürək və qan damarlarına mənfi təsir göstərir. Araşdırmalar göstərir ki, uzunmüddətli oturmaq ürək xəstəliklərinin riskini artırır. Bundan əlavə, bədənin hərəkətsiz qalması qan dövranının zəifləməsinə, nəticədə isə beyin toxumalarına oksigen və qida maddələrinin çatdırılmasında çatışmazlığa gətirib çıxarır. Bu isə öz növbəsində yorğunluq, yaddaş zəifləməsi, diqqət pozğunluğu və ümumi performansın aşağı düşməsi ilə nəticələnə bilər.
Nə etməli? Hər saat hərəkətə zaman ayırın
Mütəxəssislər tövsiyə edir ki, hər saatda ən azı bir-iki dəfə ayağa qalxıb gəzin və ya bədən hərəkətləri edin. Əgər masa arxasında işləyirsinizsə və ya uzun müddət oturmaq məcburiyyətindəsinizsə, tez-tez fasilələr vermək xüsusilə vacibdir.
Kardioloq Şeronn Qeyz qeyd edir ki, bu cür fasilələrin əsas məqsədi baldır əzələlərini hərəkətə gətirməkdir. Əgər siz təyyarədə və ya kompüter qarşısındasınızsa, barmaqlar üzərində qalxmaq və ayaq pəncələrini yuxarı-aşağı hərəkət etdirmək faydalıdır. Bu hərəkətlər addımlama prosesinə ən yaxın sayılır və qan dövranının bərpasına müsbət təsir edir.
Uzun müddət oturmağın fəsadlarından necə qorunmalı?
Gündəlik fiziki aktivliyi artırmaq, masa arxası işlərdə qısa, lakin tez-tez fasilələr vermək, baldır və ayaq əzələlərini işlədən sadə hərəkətlər etmək əsas qoruyucu tədbirlərdir.
Oturarkən bədənin eyni vəziyyətdə uzun müddət qalması yalnız əzələ zəifləməsinə deyil, həm də ürək-damar sisteminin yüklənməsinə səbəb olur. Bu səbəbdən mütəxəssislər ofis və ev şəraitində belə, mütəmadi olaraq aktiv qalmağın sağlamlıq üçün vacibliyini vurğulayırlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR