Kişi son dərəcə nadir virusdan öldü: Bu necə baş verib?
Avstraliyanın Yeni Cənubi Uels ştatında bir kişi quduzluğa bənzər sağalmaz və "son dərəcə nadir" virusdan ölüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, yarasa dişlədikdən sonra xəstələnib.
Təxminən 50 yaşında olan kişi quduzluqla əlaqəli patogen olan Avstraliya yarasa lissavirusuna yoluxub.
"Bu, Yeni Cənubi Uelsdə insanların virusa yoluxması ilə bağlı ilk təsdiqlənmiş hadisədir və 1996-cı ildə Avstraliyada lissavirus aşkar edildikdən sonra insan yoluxmasının dördüncü halıdır", - məlumatda əlavə edilib.
Bu patogenin iki ştammının olduğu qeyd olunur. Qeyd edilir ki, 1986-cı ildən bəri sınaqdan keçirilmiş 19.000 yarasadan yalnız 59-u İngiltərədə yoluxub. Qeydlər Britaniyada başlayandan bəri iki insan yoluxma hadisəsi baş verib - birincisi 1902-ci ildə, ikincisi isə 100 il sonra Şotlandiyada. Yarasalarla işləyən şəxsdə tapılıb.
"Virusun insanlara ötürülməsi olduqca nadirdir. Amma təəssüf ki, yoluxmuş yarasa tərəfindən cızılmış və ya dişlənmiş insanlarda lissavirus əlamətləri yarandıqda, effektiv müalicə yoxdur", - "New South Wales Health"in ictimai səhiyyə direktoru Keyra Qlazqo deyib.
Lissavirusun əlamətlərinin ortaya çıxması günlər, aylar və hətta illər çəkə bilər. Xəstəliyin ilkin əlamətləri qripə bənzəyir - baş ağrısı, qızdırma və yorğunluq. Xəstələr sürətlə pisləşə bilər, iflic, deliriyum (deliriyum diqqətin, qavramanın, oreyentasiyanın pozulması ilə gedən, orqanik mənşəli olub şuurun dalğalı şəkildə pozulması halıdır – red.), qıcolmalar və nəticədə ölümlə nəticələnə bilər.
"Quduzluq mərkəzi sinir sisteminin xəstəliyidir və ABLV (Avstraliya yarasa lissavirusu) ilə yoluxduqdan sonra yarana biləcək xəstəliklərə çox bənzəyir, baxmayaraq ki, iki virus genetik cəhətdən bir-birindən fərqlənir. ABLV yarasalarda nadir rast gəlinir, lakin mövcud olduqda bu yarasalarda əlamətlərin səbəbi olur. Yoluxmuş insanda əlanmətlər inkişaf etdikdən sonra, xəstəlik çox vaxt ölümcül olmur", - Kvinslend Universitetinin virusoloqu İan Makkey deyib.
Bununla belə, quduzluqda olduğu kimi, məruz qaldıqdan sonra dərhal müalicə əlamətlərin inkişafının qarşısını ala bilər və viruslar çox oxşar olduğundan, lissavirus infeksiyalarını müalicə etmək üçün quduzluğa qarşı immun qlobulin və peyvəndlərdən istifadə olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1035 Tarix: 06 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17 oktyabrAli Radanın deputatı Zelenskinin varisini açıqladı
"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq
18 oktyabrTürkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. "Haber Global" telekanalına istinadən xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırkö
18 oktyabrƏraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18 oktyabrMeksikada üç turistin qətlinə görə şok hökm
Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları
18 oktyabrAvropada təhlükəli virus yayılır - 130 nəfər öldü
Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd
17 oktyabrBu ölkədə bir milyondan çox qadının adı eynidir
Bütün valideynlərin bildiyi kimi, uşağa ad seçmək çətin bir qərardır. Bəziləri müasir trendlərə diqqət yetirir, digərləri isə klassikləri seçirlər. Qadın adı olan Anna, şübhəsiz ki, ikinci qrupa aiddir. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, on illərdir Polşada ən populyar qadın adı olaraq qalır
18 oktyabr