Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
Əgər siz də müşahidə etmisinizsə, soyuducuda bir-iki gün saxlanılan pomidorlar sulu, dad və qoxusuz olur.
Lent.az xarici mətbuata istinadla bildirir ki, bunun səbəbi yanlış saxlanma üsuludur.
Pomidorlar özünəməxsus şirin-turş və mürəkkəb dadını 400-dən çox uçucu birləşmənin iştirakı ilə qazanır. Bu maddələr isə yalnız müəyyən temperaturda aktiv olan fermentlər tərəfindən yaradılır.
Temperatur +12°C-dən aşağı düşəndə, bu fermentlərin fəaliyyəti dayanır. Nəticədə, pomidorun dadı kəskin şəkildə pisləşir. Ən pisi isə odur ki, bu proses geri dönməzdir, yəni pomidoru soyuducudan çıxarıb otaq temperaturunda saxlasanız belə, əvvəlki dadını qaytara bilməyəcəksiniz.
Bundan əlavə, soyuq temperatur pomidorun hüceyrə quruluşunu da pozur. Onun içi unlu, sulu və dadsız hala gəlir.
Pomidorları necə düzgün saxlamaq olar?
Otaq temperaturunda saxlayın
Pomidorları mətbəx masasının üzərində və ya pəncərə kənarında saxlamaq məsləhətdir. Yeganə şərt: birbaşa günəş şüaları düşməməlidir.
Nəfəs almasına icazə verin
Pomidorları sıx bağlı polietilen torbada saxlamaq olmaz. Bu, içəridə istixana effekti yaradacaq və çürümə prosesini sürətləndirəcək.
"Sap hissəsi" aşağıya baxsın
Pomidorun "quyruq" hissəsini aşağıya yönəldin. Bu, nəmin buxarlanmasının qarşısını alacaq və sap yerindən hava keçməyəcəyi üçün tez xarab olmayacaq.
İstisna: Əgər pomidorlar artıq tam yetişibsə və siz onları həmin gün yeməyi düşünmürsünüzsə, o zaman qısa müddətli saxlama üçün soyuducuya qoymaq olar, amma bu dad itkisinə səbəb olacaq.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1304 Tarix: 06 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabr