Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv
Niyə bəzi selfilər özündə inam və cazibə əks etdirir, digərləri isə süni, cansız və maraqsız görünür?
Qaynarinfo xəbər verir ki, portret və kontent çəkilişi üzrə fotoqraf Roman Yuklyayevski gazeta.ru-ya müsahibəsində texniki baxımdan keyfiyyətli olsa da, şəkli korlayan beş əsas səhvi izah edib.
1. Uğursuz fon
Fon arxa planda təsadüfi insanlar, güzgüdə əkslər, çox işıqlı və ya qaranlıq sahələr, diqqəti yayındıran naqillər və lazımsız əşyalar kimi amillərlə şəkli pozur.
"Bu, ən bəsit, amma çox rast gəlinən bir səhvdir. Səliqəsiz və uyğunsuz fon diqqəti əsas obyektin üzərindən yayındırır, vizual səs-küy yaradır və sanki diqqətsiz və ya məsuliyyətsiz olduğunuzu göstərir. Cəmi 10 saniyə vaxt ayırın: ətrafınıza baxın, artıq əşyaları yığışdırın, təmiz divar, maraqlı tekstura və ya pəncərədən baxan harmonik mənzərə seçin", deyə Yuklyayevski bildirir.
2. Boş baxış və süst ifadə
İçində həyat, fikir və hiss olmayan gözlər də selfini pozan əsas səbəblərdəndir: "Kamera sadəcə şüşə deyil, sizin danışdığınız tərəf müqabilidir", – fotoqraf vurğulayır. "Obyektivə süzülən yox, sanki yaxın bir dostun gözlərinə baxırmış kimi baxın. Hisslərinizi az da olsa əks etdirmək selfini dərhal daha canlı və səmimi edəcək".
3. Eyni rakursda təkrar çəkilişlər
Tək bir bucaqdan çəkilmiş saysız-hesabsız şəkillər monoton və ifadəsiz obraz yaradır: "Üz üçölçülüdür və mimikası çoxşaxəlidir. Bir rakurs heç vaxt üzünüzün tam gözəlliyini və xarakterini göstərə bilməz", – deyə ekspert izah edir. "İnsanlar 'təhlükəsiz' rakursa öyrəşir, amma bu, həmişə ən yaxşısı deyil. Başınızı bir az əyin, çənənizi yuxarı və ya aşağı hərəkət etdirin, birbaşa yox, üçdə üç bucaqdan çəkiliş edin. Eksperimentlərdən çəkinməyin".
4. Uğursuz işıqlandırma
Göz altı və burun altındakı sərt kölgələr, ya da çox zəif, həcmdən məhrum işıq – uğurlu selfinin əsas düşmənləridir. Yanlış işıqlandırma sizə əlavə 5-10 il yaş qata bilər. Uşaqlıqda fənəri üzümüzə altdan tutub qorxutmağa çalışdığımız anları xatırlayın – bu da eyni effektdir.
"Sizin üzünüzü formalaşdıran heykəltəraş - işıqdır. Ən ideal variant – pəncərə yaxınlığında, lakin birbaşa günəş işığı olmadan, yumşaq və yayılmış təbii işıqdır. Baş üzərindəki (çox yüksək) işıq qorxunc kölgələr yaradır. Əgər təbii işıq azdırsa, işıq mənbəyi (məsələn, halqa lampa) istifadə edin və onu göz səviyyəsindən bir qədər yuxarı və yan tərəfdə yerləşdirin. Portret çəkilişləri üçün klassik bucaq – 45 dərəcəlik işıq bucağıdır", deyə deyə Yuklyayevski qeyd edir.
5. Süni emosiyalar və "mexaniki" təbəssüm
Zorla yaradılan "növbətçi" gülümsəmə, yaxud başqalarının gözlədiyini düşündüyünüz ifadə tez bir zamanda qeyri-səmimi kimi qəbul edilir: "Təcrübəmdə insanların ən çox dediyi söz budur: 'Mən fotoda özümə bənzəmirəm'", – fotoqraf paylaşır. "Bunun səbəbi süni və qeyri-təbii ifadədir. Səmimilik imitasiya olunmur, o içdən gəlir. Mexaniki şəkildə dodaqları gülümsəməyə məcbur etmək əvəzinə, sizi sevindirən və müsbət emosiyalar doğuran bir şeyi düşünün. O hissə fokuslanın. Gözlərlə gülümsəmək (göz ətrafındakı 'şüa' əzələlərinin aktivləşməsi) hər zaman daha inandırıcı və cazibədar görünür, nəinki boş və geniş təbəssüm".
Yekun fikir: Selfi - texnika yox, hiss məsələsidir
"Yaxşı selfi yalnız kameranın texniki göstəricilərindən ibarət deyil. Bu, obyektiv vasitəsilə özün və dünya ilə şüurlu təmas anıdır. Bu beş tələdən yayın: fonu idarə edin, baxışa məna və əlaqə qatın, fərqli rakurslar sınayın, işıqla dost olun və ən əsası – emosiya baxımından səmimi olun. Stereotip gözəllik anlayışının arxasınca qaçmayın. Sizin selfiniz sizi – canlı, real və xarakterli insanı əks etdirməlidir. Özünüzü rahat və təbii hiss etdiyiniz an, bu şəkilə də əks olunacaq və başqalarının da diqqətini cəlb edəcək", deyə deyə Yuklyayevski vurğulayır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Kadir İnanırın mirasının məbləği açıqlandı
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır