Qadınlar bu hədiyyələri alsalar, bədbəxt olacaqlar

Qadınlar bu hədiyyələri alsalar, bədbəxt olacaqlarBəzi əşyalar xüsusilə qadınlara hədiyyə edilərkən "qadağan olunmuş" hesab olunur. Bu, təkcə inanclarla deyil, əsrlərdən bəri formalaşmış dərin simvolik mənalarla da əlaqəlidir.

Qadına verilməməli hədiyyələrlə bağlı məlumat veririk.

Qadına yaylıq (şərf) hədiyyə etmək olarmı?

Xeyr. Qədim zamanlardan bəri bu çox güclü inamla bağlıdır. Xalq inanclarında yaylıq vidalaşma, itki və ya dul qalmaq rəmzidir. Hədiyyə olunan yaylıq göz yaşı, ayrılıq, tənha qalmaq və ya uzun sürən psixoloji narahatlıq gətirə bilər.

Bu səbəbdən, qadına yaylıq, niyyət nə qədər yaxşı olsa da, hədiyyə edilmir. Xüsusilə də bayramlarda, ad günündə və ya barışıq nişanəsi kimi yaylıq hədiyyə etmək olmaz. Bu, münasibətlərdə soyuma, hətta maddi çətinliklərə səbəb ola biləcək pis əlamət sayılır.

Burnu silmək üçün yaylıqlar da hədiyyə edilməməlidir, çünki onlar kədər, göz yaşları və xəstəlik (soyuqdəymə) ilə əlaqələndirilir. Bəzi ölkələrdə belə yaylıqların maraqlı mənaları var: məsələn, İspaniyada burnu silmək üçün yaylıq bir kişini rədd etmə nişanəsidir. Bəzi postsovet ölkələrində isə bunlar yalnız dəfn mərasimlərində verilən əşyalardır.

Qadınlara başqa nələri hədiyyə etmək olmaz?

Bıçaq, qayçı və digər iti əşyalar

İti əşyaların hədiyyə edilməsi münasibətləri "kəsmək" anlamına gəlir. Belə hədiyyələr mübahisə, dava-dalaş və ayrılığı simvolizə edir. Hətta gözəl qablaşdırmada olan mətbəx bıçağı da pis nişanə sayılır.

Əgər bu inancları bilmədən belə bir hədiyyə vermisinizsə, ən yaxşı çıxış yolu onu simvolik şəkildə hər hansı bir qəpiklə "almaqdır". Bu üsul pis əlaməti neytrallaşdırır.

Saat

Əgər siz sevdiyiniz qadına qol saatı hədiyyə etməyi düşünürsünüzsə, bundan vaz keçin. Çünki saat ayrılıq gətirə bilər. Dünyanın bir çox mədəniyyətində saat sonun başlanğıcı, zamanın bitməsi anlamındadır. Yaxın qadınlara saat hədiyyə etmək çox pis əlamət sayılır.

Corab və ayaqqabı

Bu cür hədiyyələrdən də uzaq durmaq lazımdır, çünki həmin qadının sizin həyatınızdan "getməsi" anlamına gəlir. Bu əşyalar yol, qaçış və həyat yolunun dəyişməsi ilə əlaqələndirilir. Xalq arasında corab və ayaqqabı hədiyyə etmək "insanı buraxmaq" mənasına gəlir.

Güzgü

Hədiyyə edilən güzgü tənhalığa və narahat fikirlərə səbəb ola bilər. Xüsusilə də gənc qızlara və ya daxili harmoniya axtarışında olan qadınlara belə hədiyyələr vermək məsləhət görülmür. Güzgülər mənfi enerjini cəlb edir və xoşagəlməz hadisələrə səbəb ola bilər.

İnci və ağ daşlardan hazırlanmış zinət əşyaları

İnci göz yaşı simvoludur. Klassik inanca görə, incili bəzəklər kədər və məyusluq gətirir, xüsusilə şəxsi münasibətlərdə.

Ağ daşlar (ay daşı, opal və s.) emosional qeyri-sabitlik və münasibətlərin pozulması ilə əlaqələndirilir.

Şamlar, dəsmallar, qara yaylıqlar

Bu cür hədiyyələr yasla əlaqələndirilir və uzunmüddətli depressiya, enerji itkisi və xəstəliklərə səbəb ola bilər. Xüsusilə çətin həyat dövründə belə əşyaları hədiyyə etmək çox mənfi təsir göstərə bilər. /Lent.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 720   Tarix: 12 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr