Doğum azalır, boşanma artır

Doğum azalır, boşanma artır2100-cü ildə dünyanın əksər ölkələrinin əhali sayında artım deyil, azalma qeydə alınacaq. BMT Azərbaycan əhalisinin sayının 2100-cü ildə on milyondan 8,3 milyona enəcəyini proqnozlaşdırır.

Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə son illərdə ciddi narahatlıq doğurmağa başlayıb. Artıq problemlər Milli Məclis səviyyəsində də gündəmə gətirilir. Parlament sədrinin birinci müavini Əli Əhmədov əhalinin artım tempində ciddi zəifləmənin olmasını ciddi problem kimi gündəmə gətirib. Bəs Azərbaycanda bu demoqrafik dəyişikliyin kökündə nə dayanır və ən əsası, qarşısı necə alına bilər?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

20 il əvvəl başlayan azalma

Coğrafiya institutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov bildirib ki, Azərbaycan demoqrafik böhranın astanasındadır: "1995-ci ildən 2004-cü ilə qədər ölkəmizdə doğum göstəricilərində ciddi azalma müşahidə olunub. Bu azalma əsasən Birinci Qarabağ müharibəsinin və həmin dövrdə yaşanan dərin iqtisadi böhranın nəticəsi idi. Ailələrin maddi vəziyyətinin pisləşməsi, sosial rifahın zəifləməsi doğum səviyyəsinə mənfi təsir göstərdi. Bu problemə cavab olaraq, 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə demoqrafik siyasətə dair xüsusi dövlət proqramı qəbul olundu. Proqramın tətbiqi nəticəsində müəyyən müsbət irəliləyişlər müşahidə edildi. 2004-cü ildə demoqrafik siyasətə dair növbəti proqram hazırlandı, lakin bu sənəd faktiki olaraq icra olunmadı. Proqramın reallaşmaması nəticəsində onun gözlənilən təsirləri də baş vermədi. Bu gün də həmin proqramın yenilənməsi və tətbiqi aktual olaraq qalır. Əlbəttə, bu cür proqramlar əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından vacibdir. Qonşu ölkələrin əksəriyyətində demoqrafik inkişafı dəstəkləyən təşviq proqramları həyata keçirilir. Aydın görünür ki, 20 il əvvəl başlayan azalma prosesi bu gün demoqrafik böhran riskini daha da gücləndirib. Bu tendensiyanın davam etməsi gələcək üçün ciddi narahatlıq doğurur".

"Dəstək proqramlarının hazırlanması zəruridir"

Demoqrafik məsələlər üzrə ekspert deyir ki, pandemiya dövründə də Azərbaycanda təbii artım və doğum göstəricilərində ciddi azalma müşahidə olunub: "Məsələn, 2019-cu ildə doğum sayı 140 mindən artıq idisə, 2020-ci ildə bu rəqəm sürətlə azalaraq 125-126 minə, 2021-ci ildə isə 112 minə düşüb. Bu, son illərdə ən aşağı doğum göstəricisidir. Həmin dövrdə təbii artım cəmi 35 min olub və hər min nəfərə düşən təbii artım göstəricisi doqquzdan 3,5-ə qədər enib. Son illərdə bu rəqəm beşə qədər yüksəlsə də, bu da kifayət qədər aşağı göstəricidir. Müqayisə üçün qeyd olunmalıdır ki, on il əvvəl təbii artım göstəricisi 100 minin üzərində idi, doğumlar isə 170 min civarında olurdu. Hazırda bu rəqəmlər təxminən iki dəfə azalıb. Bu isə uzunmüddətli perspektivdə demoqrafik sabitliyi və ölkənin inkişafını təhlükə altına qoya bilər. Azərbaycanın strateji mövqeyi və inkişaf potensialı nəzərə alınaraq, bu məsələnin dövlət səviyyəsində həll edilməsi və dəstək proqramlarının hazırlanması zəruridir".

"Ən yüksək doğum göstəricisi Yardımlı rayonundadır"

E.Bədəlovun sözlərinə görə, şəhər əhalisi üzrə doğum göstəricisi xeyli aşağı düşüb: "Əgər ölkə üzrə orta təbii artım göstəricisi hər min nəfərə beş nəfər təşkil edirsə, bu rəqəm şəhər əhalisi üçün 3,5-dir. Kənd əhalisi üzrə isə bu göstərici daha yüksəkdir - təxminən 6,5. Bu fərq kənd yerlərində mədəni və sosial inkişaf səviyyəsinin hələ tam formalaşmaması ilə əlaqədardır. Məsələn, Azərbaycanda ən yüksək doğum göstəricisi Yardımlı rayonundadır. Burada hər min nəfərə təbii artım 14-16 nəfər civarındadır, doğum göstəricisi isə 20-dən yuxarıdır. Bu, bölgədə çoxuşaqlı ailələrin nisbətən çox olması ilə bağlıdır. Rayon iqtisadi baxımdan zəif inkişaf etsə də, görünür ki, bir çox ailə uşaqlara verilən müavinətlə dolanır. Beş və daha çox uşağı olan ailələrə hər bir uşaq üçün dövlət tərəfindən müavinət ayrılır".

"Bu, xalqımız üçün ciddi mənəvi faciədir"

Demoqrafik fəlakətlə mübarizə yollarına gəldikdə isə, həmsöhbətimiz düşünür ki, əsas məsələ gənc ailələrə iqtisadi və sosial dəstəyin artırılmasıdır. Son on ildə Azərbaycanda evlənmə yaşı yüksəlib. Əvvəllər kişilər üçün bu yaş 28-29 idisə, indi 30-31 yaş həddini keçib və bu tendensiya artmaqdadır. Bu da təbii artıma birbaşa təsir göstərir: "Demoqrafiya bir millətin inkişaf səviyyəsini əks etdirən güzgüdür. Buna görə də bu sahəyə daha çox diqqət ayrılmalıdır. Qonşu ölkələrin təcrübəsinə baxdıqda görürük ki, onlar hər il demoqrafik siyasətlə bağlı konkret addımlar atırlar. Məsələn, Rusiya ötən ili "Sağlam ailə ili" elan etmişdi. Azərbaycanda da bu istiqamətdə müəyyən təşəbbüslər olub. Lakin hazırkı vəziyyətə baxsaq görərik ki, hər üç evlilikdən biri boşanma ilə nəticələnir. Bu isə xalqımız üçün ciddi mənəvi faciədir. Həm media, həm də dövlət qurumları birgə şəkildə maarifləndirici işlər aparmalı, cəmiyyətə sağlam ailə modeli aşılanmalı, müsbət ictimai rəy formalaşdırılmalıdır".

Gender siyasətinə zidd olan məsələ

Mütəxəssisi ən çox narahat edən problem isə selektiv abortlardır: "Hazırda Azərbaycanda doğumla bağlı ən ciddi problemlərdən biri cins nisbətindəki pozuntudur. Normal şəraitdə hər 100 qız uşağına təxminən 105-106 oğlan uşağı düşməlidir. Lakin bizdə bu göstərici xeyli yüksəkdir, orta hesabla 116-117, bəzi kənd yerlərində isə hətta 120-ni keçir. Bu, demoqrafik baxımdan olduqca narahatedici bir tendensiyadır. Hazırda 14 yaşa qədər olan uşaqlar arasında təxminən 130 min oğlan uşağı qızlardan çoxdur. Gənc yaş qruplarında da oxşar fərq müşahidə olunur. Bu vəziyyət gələcəkdə ailə qurmaqda çətinliklər, sosial gərginlik və gender balansının pozulması kimi problemlərə yol aça bilər. Qonşu ölkələr, məsələn, Türkiyə və İran bu problemi vaxtında görərək müvafiq tədbirlər həyata keçiriblər. Azərbaycanda isə bu məsələ daha ciddi xarakter alıb və təcili dövlət müdaxiləsi tələb edir".

10 milyondan 8,3 milyona...

Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının açıqladığı rəqəmlərə əsasən, 2100-cü ildə dünyanın əksər ölkələrinin əhali sayında artım deyil, azalma qeydə alınacaq. Əhalinin azalması əsasən inkişaf etmiş ölkələrin payına düşəcək. Azərbaycan da əhalisi azalan ölkələr sırasındadır. Təşkilat Azərbaycan əhalisinin sayının 2100-cü ildə on milyondan 8,3 milyona enəcəyini proqnozlaşdırır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1029   Tarix: 13 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib. xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib

16 mart
.

Azərbaycan pambıq ipliyi istehsalını 63 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,1 min ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,3 % çoxdur. Bu il martın 1-nə ölkədə 4,8 min ton hazır məhsul ehtiyatı olub. Xatırladaq ki, 2025-c

21 mart
.

Sevgililər Günündə restoran qiymətlərinin kəskin şəkildə artmasının səbəbi nədir? - AÇIQLAMA

Hər il fevralın 14-ü yaxınlaşdıqca şəhərdə təkcə romantika yox, qiymət artımı da hiss olunmağa başlayır. Xüsusilə restoran sektorunda Sevgililər Günü "pik mövsüm" hesab olunur və bu da menyulardan tutmuş rezervasiyalara qədər hər şeyin bahalaşması ilə nəticələnir. Bir çox cütlük üçün bu gü

12 fevral
.

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 316,573 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur. İki ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 0,

14 mart
.

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Bu il fevralın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,4 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 0,1 bəndi, ötən ilin fevralın 1-nə nisbətən 7,6 bənd azdır. Fevralın 1-nə manatı

28 fevral
.

Azərbaycan Avstraliyadan kürü əvəzediciləri almağa başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 950 min ABŞ dolları dəyərində 71,3 ton balıq kürüsünün əvəzedicilərini idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %

14 fevral
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 39 % artıb

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 61,29 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 % azdır. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər is

1 mart
.

Kreditin müəyyən müddətlik "dondurulması" mümkündür? - AÇIQLAMA

Kredit öhdəliklərinin yerinə yetirilməsi hər bir vətəndaş üçün önəmli məsələdir. Lakin bəzən şəxsi və ya kütləvi səbəblərdən bu öhdəliklər icra olunmaya bilər. Dünya təcrübəsində belə hallarda kreditlərin dondurulması və ya tətillərin verilməsi praktikası mövcuddur. Bəs görəsən bu mexanizmlər Azərbaycand

27 fevral
.

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 6,8 milyard manat təşkil edib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərl

21 fevral